Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda yeniyetmə qız hamilə qaldı: Araşdırma aparılır

Tarix 02.12.22, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


“Yeniyetmənin və valideynlərinin izahatı alınıb”.

Bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Bakıda 15 yaşlı qızın hamilə qalması ilə bağlı oxu.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılır:

“Müayinədən sonra xəstəxanadan dərhal ərazi polis bölməsinə məlumat verilib. Polislər xəstəxanaya gəlib qızın izahatını alıblar. Daha sonra valideynlərinin də izahatı alınıb”.

Qeyd edək ki, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də məsələ barəsində araşdırma başladıldığı bildirilib.

***

Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) müayinə zamanı bilinib.

Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olduğu üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.

Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.



Xəbərin oxunma sayı : 403




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap