Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıdan mənzil və ofis alan rusların sayı artır – “Forbes”

Tarix 19.08.22, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda mənzil və ofis alan Rusiya vətəndaşlarının sayı artır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Forbes” nəşrinin Rusiya nümayəndəliyi araşdırma aparıb.

Bildirilir ki, Ukrayna ilə müharibə Rusiya vətəndaşlarının Avropa və ABŞ-a səfərlərini çətinləşdirdiyi üçün onlar MDB məkanında yer alan ölkələrə daha çox diqqət etməyə başlayıblar.

Rusiyada fəaliyyət göstərən “CORE.XP” daşınmaz əmlak agentliyinin nümayəndəsi Kirill Babiçenko deyib ki, Bakıda yerli və beynəlxalq operatorlar üçün çox maraqlı yerlər var: “Bu yaxınlarda Rusiyada kifayət qədər çoxlu startaplar bazara daxil olub, onlar üçün Bakıda qeyd olunan məkanlar mükəmməldir”.
“Azərbaycanın biznes və turist cəlbediciliyi nəticəsində ilkin mənzil bazarı fəal şəkildə inkişaf edir”. Bunu “BuyBuyHouse” adlı şirkətin aparıcı eksperti Marina Laşkeviç deyib. Ekspertin sözlərinə görə, 2022-ci ilin birinci rübündə Azərbaycanın daşınmaz əmlak bazarında əməliyyatların sayı 8% artıb: “Rusiyadan olan alıcılar yeni tikililər bazarının ayrıca hədəf auditoriyasına çevrilirlər”.  
Yazıda daha sonra qeyd olunur ki, pandemiya daxili turizmin inkişafına fantastik təkan verib. Bakıda son bir ildə mənzillərin qiyməti orta hesabla 20% bahalaşıb. 

Bildirilir ki, hazırda Bakının daşınmaz əmlak bazarının təklif etdiyi layihələr rusiyalı alıcıları həm investisiya baxımından, həm də özləri və ailələri üçün mənzil kimi maraqlandırır. 
Bu ilin yay aylarında Bakıdakı yaşayış komplekslərindən birinə Rusiyadan daxil olan müraciətlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artıb.



Xəbərin oxunma sayı : 772




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap