| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi - Hərbi böhran İranı qonşularla da sınadı
Tarix 26.03.26, 18:55 |
|
İranın nüvə proqramı ətrafında yaranmış gərginlik bu il fevralın 28-də ABŞ və İsrail tərəfindən İslam Respublikasına kütləvi hava zərbələrinin endirilməsi ilə nəticələndi. Təbii ki, yaxın qonşuluqda baş verən hadisələr Azərbaycanın da narahatlığına səbəb oldu. Rəsmi Bakı prosesi diqqətlə izlədiyini bildirdi və narahatlığını ifadə etdi.
AzFakt.com Report-a istinadən xəbər verir ki, hərbi gərginliyin ilk günündə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq bəyan etdi ki, baş verən eskalasiya həm regional, həm də qlobal təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycan tərəfləri gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və dialoq masasına qayıtmağa çağırdı.
Hava zərbələrinin növbəti günü Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı məktubu göndərdi. Məktubda İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin “faciəli ölümü” ilə bağlı kədər ifadə olunub. Daha sonra Prezident İ.Əliyev bu ölkənin Azərbaycandakı səfirliyinə baş çəkərək orada İran dövlətinə başsağlığı verdi.
Xronoloji ardıcıllıqla göstərdiyimiz bu hadisələr bir daha sübut etdi ki, Azərbaycanın İran ətrafında baş verənlərə münasibəti neytrallıq və qonşuluq praqmatizmi, suverenliyə hörmət üzərində qurulub. XİN-in bəyanatı isə Azərbaycanın münaqişədə tərəf tutmaqdan qəti şəkildə imtina etdiyini göstərir. Rəsmi Bakı bilir ki, qonşuluqda İran kimi böyük bir dövlətin hərbi, iqtisadi, eləcə də humanitar böhran yaşaması region üçün təhlükədir və bunun fəsadları Azərbaycana da toxuna bilər. Ona görə də bu reaksiya və bəyanatlara həm də milli maraqların qorunması aspektindən baxılmalıdır.
.jpg)
İrana endirilən hava zərbələri fonunda Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərən ilk dövlət oldu. Bu, sadəcə xeyriyyəçilik aktı yox, həm də dərindən düşünülüb-hesablanmış strateji addım, diplomatik gedişdir. Azərbaycan yuxarıda vurğulanan bəyanat və açıqlamaların yalnız sözdə olmadığını, müstəqil xarici siyasət yürütdüyünü, heç bir hərbi bloka qoşulmadığını əməldə də göstərmiş oldu. Eyni zamanda, bu yanaşma həm də dünyaya “Mən qonşuluqda baş verən yanğını söndürən tərəfəm” mesajı sayılmalıdır. Digər tərəfdən, rəsmi Bakının bu addımı Azərbaycanın regionda tək iqtisadi yox, o cümlədən mənəvi və siyasi sabitləşdirici rolunu da ortaya qoymuş oldu.
Qeyd etmək yerinə düşər ki, beynəlxalq münasibətlər sistemində ilk yardımı göstərən ölkə həmişə gündəmi də müəyyənləşdirir. Azərbaycan bununla mesaj ötürür ki, regiondakı prosesləri kənardan izləmir, hadisələrin mərkəzindədir və humanitar böhranlara qarşı səyləri birləşdirməyə hazırdır. Azərbaycanın bu cəsarətli addımı digər regional oyunçular üçün də bir yol xəritəsi oldu və gərginliyin “total müharibə” fazasından çıxarılmasına psixoloji təsir göstərdi.
İranla münasibətlərdə son illərdə yaşanan müəyyən diplomatik soyuqluğa baxmayaraq, göndərilən yardım karvanları Bakının “realist qonşuluq” modelini təsdiqlədi. Bununla rəsmi Bakı həm də sübut etdi ki, humanitar şəraitin həssas dönəmlərində dövlətlər arasında olan fikir ayrılıqları kənara qoyulmalıdır. Əlavə edək ki, 18 mart tarixində Prezident İlham Əliyevin göstərişi ilə İrana ikinci humanitar yardımın göndərilməsi ölkə rəhbərinin bu məsələyə xüsusi önəm verdiyini təsdiqləyir. Yəni Azərbaycanın yardımı simvolik jest deyil və həqiqətən də real ehtiyacları qarşılamaq məqsədini güdür. Bununla yanaşı, müharibə və hava hücumları şəraitində yardım karvanlarını təşkil edib mənzil başına çatdırmaq Azərbaycanın fövqəladə halların idarə edilməsi və logistik imkanlarının yüksək səviyyədə olduğunu göstərdi.
Rəsmi Bakının bu yanaşması həm də yerləşdiyi geosiyasi mövqedən yalnız bölgənin rifahı üçün istifadə etməyə çalışdığı faktını qabardıb. Məhz bu siyasətin sayəsində mart ayında Rusiya da Azərbaycan ərazisindən İrana üç dəfə humanitar yardım göndərib.
.jpg)
Baş verənlər həmçinin Azərbaycanın müstəqil xarici siyasətinin növbəti təzahürüdür. Yəni Azərbaycan öz ərazisini humanitar yardımlar üçün “açıq dəhliz” elan edərək göstərir ki, sadəcə enerji və yük daşımaları üçün tranzit nöqtəsi deyil, həm də regional təhlükəsizlik və humanitar həmrəylik üçün də əvəzolunmaz bir körpü rolunu oynayır. Bu zaman ABŞ və İsraillə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri də Azərbaycanın Rusiya və İranla qonşuluq siyasətinə mane olmur.
Əlavə edək ki, bu addımı ilə Bakı həm Qərbin, həm də regionun hərbi bloklarının qarşısında öz suverenliyini və neytrallığını qorumaqla bütün dünyaya “hərbi əməliyyatların tərəfdarı olmadığını, lakin sülhün bərpası, insan həyatının xilası üçün bütün imkanlarını səfərbər etdiyi” mesajını çatdırır. Beləliklə, Azərbaycan logistik imkanlarını mənəvi-siyasi üstünlüklə birləşdirərək, öz təhlükəsizlik buferini yaratdı və regionun xaosa sürüklənməsinin qarşısını alan əsas moderatorlardan birinə çevrildi.
Əlavə olaraq söyləmək lazımdır ki, Azərbaycanın bu addımları uzun müddət Bakı-Tehran münasibətlərinə xələl vurmaq istəyən bir sıra qüvvələrə də sərt sillə kimi dəydi. Məsələn, İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhani, iranlı ekspert Ehsan Movahedian kimi fiqurların uzun müddət Azərbaycana, İranla birgə layihələrə, Zəngəzur dəhlizinə qarşı apardıqları qarayaxma kampaniyası, Azərbaycanı regional təhdid, “sionizm qalası” kimi təqdimatları tamamilə alt-üst oldu. Sübhani kimilərin saxta və çürük “Azərbaycan öz ərazisini İrana qarşı hərbi plasdarm olaraq istifadə edilməsinə imkan verir” məzmunlu boş tezisləri iflasa uğradı.
.jpg)
İranın Ermənistandakı keçmiş səfirindən söz düşmüşkən, maraqlıdır ki, başqa vaxt bu ölkəni özünün dostu və strateji müttəfiqi adlandıran Ermənistan özünün “dost səmimiyyəti”ni bu gün nümayiş etdirməkdən açıq-aşkar çəkinir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin İrana yardım göndərdiyini desə də, bunu gizli saxlamağa çalışması, əslində, bir dövlətin siyasi iradəsinin zəifliyindən və beynəlxalq mərkəzlərdən asılı olmağından xəbər verir.
Digər tərəfdən, Azərbaycanın nümayiş etdirdiyi mövqe tamamilə fərqli dövlətçilik məktəbinin təzahürüdür. İranın Ali Rəhbərinin öldürülməsindən sonra ilk olaraq bu ölkənin səfirliyinə gedən və başsağlığı verən liderin məhz Prezident İlham Əliyev olması sadəcə diplomatik protokol deyil, həm də ciddi örnək sayılacaq cəsarət nümunəsidir. Azərbaycan bu addımı ilə dünyaya bəyan etdi ki, bizim qonşumuzla olan münasibətimiz üçüncü tərəflərin maraqlarından və ya qlobal güclərin yanaşmasından asılı deyil. Bu, suverenliyin və real qonşuluq hüququnun ən ali formasıdır.
Eyni addımı biz nə Ermənistan rəhbərliyindən, nə də o ölkənin hər hansı rəsmi şəxslərindən gördük. Baş nazir Paşinyan və Ermənistan prezidentinin Xameneinin ölümünə görə başsağlığı verməməsi isə bir daha sübut edir ki, İrəvan-Tehran münasibətləri səmimi deyil, İran uzun illər əbəs yerə Ermənistan üçün nəfəslik rolunu oynayıb. Əvəzində isə bu gün başsağlığı məsələsində sükut və gizli yardımla bağlı Mirzoyanın bəyanatına “nail olub”.
.jpg)
Uzun illər özünü İranın dostu kimi təqdim edən dövlətlərin səssiz qaldığı bir dövrdə ilk addımın Azərbaycandan gəlməsi “dost dar gündə tanınar” və “tarix ən böyük hakimdir” fikirlərinin bariz sübutudur. Bu, sadəcə bir humanitar dəstək deyil, həm də illərdir aparılan qara piar kampaniyasına verilən ən tutarlı cavab oldu. Baş verənlər göstərdi ki, bu gün İran üçün ən etibarı, ən təhlükəsiz və şəffaf, ən stabil sərhəd məhz Azərbaycanla olan sərhəddir.
Bu, həm də artıq yeni bir etimad xəritəsinin yaranacağından xəbər verir. Böhran zamanı daha güclü, etibarlı, sadiq dost və qonşu kimi Azərbaycan ön plana çıxdı. Ermənistan isə qorxaq sükut və açıqlamadığı “gizli yardım”la yadda qaldı. Ehtimal etmək olar ki, rəsmi Tehran növbəti mərhələdə dost və tərəfdaşlarını yenidən qiymətləndirərkən bu məqamları nəzərə alacaq...
Xəbərin oxunma sayı : 1534
Analiz
Xəbərlər
-
Zaur Mikayılov şərhlərdən qorxur? - ADSEA-nın “Facebook” səhifəsində şərh bölməsi bağlanıb
-
“Qarabağ” fransalı vingerin transferini açıqladı - VİDEO
-
Pəncəli Teymurovla Vaqif Qurbanovun ailələrinə medalları təqdim olundu - Fotolar
-
“Amazon“un tarif böhranı:Müştəridən alınan əlavə pul haradadır?
-
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkdi - Fotolar
-
“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı icra edilib - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü - FOTOLAR
-
Bakı-Tbilisi dəmiryolu ilə sərnişindaşıma bərpa olunur - Tarix də açıqlandı
-
Azərbaycan “vahid Çin“ siyasətini dəstəkləyir - İlham Əliyev
-
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşdü - Fotolar + Video
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - Siyahı
-
Masaj salonunun sahibini belə aldatdı - Qara kostyum, qırmızı vəsiqə...
-
“Sona qədər döyüşmək istəyirsiniz?“ - Pezeşkian onları tənqid etdi
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTOLAR
-
Dünənki imtahana gecikənlərin nəzərinə! - Bu tarixdə təkrar keçiriləcək
-
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı - İkisi də “kars”a salınıb
-
Moskva Paşinyanla açıq gərginlikdən yayınmağa çalışacaq - Stratfor
-
Xarici valyuta ehtiyatları artan sığorta şirkətləri - SİYAHI
-
“Torpağın əsl sahibləri məhz belə davranırlar...“ - Prezident
-
Azərbaycan çempionatında qalmaqal: Meydana 9 nəfərlə çıxdılar, futbolçuları günahlandırdılar
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - Tam siyahı
-
“Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb“ - Dövlət başçısı
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
-
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq? - DİM-dən açıqlama
-
AAK İsa Həbibbəylinin “çətirtutanı“na elmi dərəcə verdi - Detallar
-
İraqın qərbində ikinci gizli hərbi baza aşkar edilib - İsrailə məxsus
-
Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Prezident WUF13-ün açılış mərasimində - CANLI
-
“Bakıda böyümüş biri kimi may ayında bu qədər yağış görməmişəm” - Komitə sədri
-
Eyyubov, Daşdəmirov və general oğlu haqda yeni qərar - Məhkəmə
-
Yoxlama aparıldı, pozuntular aşkarlandı - Vüsal Nəsirli rəisi işdən çıxardı
-
Sabirabad rayonunda ağır qəza - 3 ölü, 8 yaralı
-
ABŞ kosmosa 7800 peyk yerləşdirəcək - “Qızıl Günbəz“ sistemi üçün
-
İş zamanı xəsarət aldı - Təyin olunan kompensasiya ödənilmədi
-
Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır - Hikmət Hacıyev
-
Azərbaycanda avtomobillərin təkrar ixracı niyə aktual deyil? - VİDEO
-
Pentaqon İrana mümkün zərbələr endirmək üçün planlar hazırlayıb - CNN
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar
-
Mənzil bazarında yenidən bahalaşma - VİDEO
-
“Maya bacı”, “Rus Əhməd” və “Qədir” - Məşhur obrazların naməlum müəllifləri
-
Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… - Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar
-
ABŞ Polşadan qoşunlarını çıxarır? - Varşava real vəziyyəti açıqladı
-
İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTOLAR
-
Magistral yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR
-
ABŞ da İrana 5 şərt irəli sürüb - Danışıqların davam etdirilməsi üçün
-
Bolqarıstan Prezidenti Azərbaycanda - FOTOLAR
-
Elektromobil bazarında geriləmə - Ekspertlər səbəbləri açıqladı
-
Magistraturaya qəbul imtahanı keçirildi - 1 nəfərdə telefon aşkarlandı
-
WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - Foto-Video
-
Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib
-
Çin Tramp və Si danışıqlarından sonra faktiki qalib oldu - “Reuters“
-
Deputat və oğlu: Milyonluq tender ovçuları...
-
Aleksandar Vuçiç Azərbaycana gəldi - FOTOLAR
-
Sabirabadda zəncirvari qəza: 3 nəfər öldü, 7 nəfər yaralandı
-
Prezident Deryageldi Orazovu qəbul etdi - FOTO
-
Azərbaycana təkcə bu ölkə səs veribmiş - FOTO
-
Rusiya Ukraynaya zərbə endirdi - Xəsarət alanlar var
-
Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər
-
Azərbaycada “yaşıl sahələr“ 13 faizdən təxminən 38 faizə yüksəlib - Anar Quliyev
-
Yelo Bankda kreditlərdən “şapka” alan Vüqar kimdir?
-
“Makron Avropa İttifaqına rəhbərlik edə bilər“ - Robert Fitso
-
İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTOLAR
-
Bolqarıstan “Avroviziya 2026”nın qalibioldu - VİDEO
-
Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - FOTOLAR
-
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
-
Kredit kartlarına maraq niyə azalır? - ARAŞDIRMA
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Müəllimlərin sertifikatlaşdırılması prosesi - İmtahan tarixi açıqlandı
-
“Avroviziya-2026” mahnı müsabiqəsinin finalı başlayıb - VİDEO
-
“WUF13Azerbaijan“: Bakı foruma hazırdır - VİDEO
-
Makqreqor UFC-yə qayıdır: Tarix və rəqib bəlli oldu
-
Əşrəf Səfərov yenə DOST-a ofis icarəyə verdi - Bu dəfə aylıq 55 min manata
-
Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
-
Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? - VİDEO
-
Oğuz sakinləri örüş sahəsinin zəbt olunduğunu iddia edirlər - VİDEO
-
Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər - CNN
-
Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO
-
“Mənim xəbərim olmadan evim satılıb“ - ŞİKAYƏT/ VİDEO
-
Afiyəddin İsgəndərov direktor müavini təyin edildi - Yeni təyinat
-
“Rusiyaya qarşı “uzaqmənzilli sanksiyalar“ gücləndiriləcək“ - Zelenski
-
“Məndə adları var, amma açıqlamaq düz çıxmaz” - Qurban Qurbanov
-
Azərbaycanda bu il bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Böyük Qayıdışın növbəti ünvanı: Ağdərənin Aşağı Oratağ kəndinə köç oldu
-
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
-
Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - FOTOLAR
-
MİT əməliyyat keçirdi - Casusluq edən 7 nəfər həbs olundu
-
Starmer könüllü istefa verə bilər - “The Daily Telegraph”
-
Bu ölkədə güclü zəlzələ təhlükəsi: Əhaliyə xəbərdarlıq edildi
-
İliyana Yotova Azərbaycana səfər edib - Liderlər Sammitində iştirak etmək üçün
-
Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır - İlham Əliyev
-
Bölgələrdə samovar çayının qiyməti 50 manata qalxdı - VİDEO
-
Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilər - Ərdoğan
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Qarabağ“ isveçli hücumçunu transfer edir - Danışıqlar son mərhələdə
-
Xırdalanda daha bir qanunsuz tikinti - Əlavə 2 mərtəbə də artırılır (VİDEO)
-
Avtomobil bazarında kəskin bahalaşma - QİYMƏTLƏR
-
182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçdi - WUF13
-
Böyük Qayıdış davam edir:18 ailə Şükürbəyliyə qayıtdı
-
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - FOTO
-
NATO-nu İsveçrə saatları ilə müqayisə etdi - “Bahadır, amma işləyir”
-
Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Kamboca Baş nazirinin müavini Azərbaycana gəldi - WUF13-də iştirak üçün
-
Azərbaycanda gözlənilən yenilik: minimum maaş 700 manat
-
SEPAH Hörmüz boğazından keçidə icazə verir - Yeni protokollar əsasında
-
Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
-
Azərbaycan hərbçiləri “EFES-2026“da - VİDEO
-
“İki günə hər şeyi məhv edə bilərdik” - Tramp İranı təhdid edib
-
Metroda zarafat edənlər 200 manat cərimələnəcəklər - VİDEO
-
Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - VİDEO
-
İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı (FOTOLAR)
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır - XƏBƏRDARLIQ
-
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - “The New York Times“
-
Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO
-
Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib
-
“Metro çəkməyək, mərkəz dolmasın” deyən Vüsal Aslanovun DOSYESİ - Özü harada doğulub?
TOP 10
ARXİV






