Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bankların şirnikləndirici faizləri inflyasiyanın carçısıdır? - FOTO

Tarix 02.10.22, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


Azər Balamedov: “Əmanəti bankda yerləşdirib ildə 10-12 faiz gözləmək öz yerində, ancaq 100 min manatınız varsa, 50 minini banka yerləşdirə, 50 minini də investisiya alətlərinə yönəldə bilərsiniz. Həm Azərbaycanda, həm də beynəlxalq maliyyə kapital bazarlarında əla imkanlar var, olub, olacaq. İnsanlar bu haqda düşünsünlər”

Son bir neçə ildə banklar manatla olan əmanətlərə təklif etdikləri faizləri yüksəldirlər. Düzdür, əmanət faizlərini aşağı salan banklar da var, ancaq ümumilikdə, illik 11 faiz civarında gəlir  təklif edən bankların sayı artır. Hazırda 7-8 bankda illik əmanət faizi 11-dir. Daha yüksək - 11,75, 12 faiz də təklif edən banklar da var. Faizlərin yüksəlməsi qazanc əldə etmək cəhətdən yaxşıdır, amma “banklar əmanət faizlərini yüksəldirsə, problem ola bilər” deyənlər də az deyil. Bəziləri hesab edirlər ki, manatla olan əmanətlərə yüksək faizin təklif olunması inflyasiyadan xəbər verir. Hazırda qüvvədə olan qanuna əsasən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12-dir. Bu isə o deməkdir ki, 12 faizə qədər olan əmanətlər sığortalanır. Ancaq sığortalanan əmanətlərlə bağlı da limit var. Ötən ilin aprelindən tətbiq edilən qaydalara görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 100 min manata qədər əmanətlər 4 il 9 ay müddətində tam sığortalanır. Banklar 12 faizlik limit çərçivəsindən kənara çıxmırlarsa, problem yaradan nə ola bilər? Ümumiyyətlə, bankların əmanətlərə yüksək faiz təklif etməsinin səbəbi nədir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Banka əmanət yerləşdiribsinizsə... 

Maliyyə bazarları üzrə ekspert Azər Balamedov “Kaspi”yə açıqlamasında bildirdi ki, əmanətiniz 100 min manatdan azdırsa, bu zaman risk yoxdur: “2015-ci il devalvasiyasından sonra banklara inam azalmışdı, bu problemin həlli üçün dövlət banklarda olan əmanətlərin yüz faizinin sığortalanması ilə bağlı qərar qəbul etmişdi. Təbii ki, bu, müvəqqəti tədbir idi. Hazırda banklarda yerləşdirilən əmanətlərin 100 min manata qədər olan hissəsi sığortalanır. Yəni ölkədə istənilən banka əmanət yerləşdiribsinizsə, bu məbləğ 100 min manatdan çox deyilsə, bank iflas edərsə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanət vətəndaşlara qaytarılır”.

Dünyada böhran dərinləşdikcə...

A.Balamedov deyir ki, 100 min manatdan çox əmanət yerləşdirəcək şəxslər bank seçimində daha diqqətli olmalıdırlar: “Çünki 100 min manatdan yuxarı məbləğ dövlət tərəfindən sığortalanmır. Sabah bank bağlansa, dövlət 100 min manatı verəcək, ondan yuxarı məbləği isə ala bilməyəcəksiniz. Ona görə, yüksək məbləğdə pul yerləşdirənlər əmanət qoyduqları bankı daha çox araşdırsınlar. Çünki ölkədə bağlanma ehtimalı olan banklar var. Bir neçə il öncə bir neçə bankın bağlanmasının şahidi olduq. 4-5 kommersiya bankı da növbədə gözləyir. Dünyada böhran dərinləşdikcə, Azərbaycandakı müəyyən bankların lisenziyalarının geri alınmasının şahidi olacağıq. Vətəndaşlar son dərəcə ehtiyatlı olmalıdırlar. Məbləğ çoxdursa, bunu öz adına ayrı-ayrı banklara, yaxud ailə üzvlərinin adına yerləşdirmək daha məsləhətdir”.

“Banklara pul lazımdır”

A.Balamedovun sözlərinə görə, banklar hazırda təklif etdikləri əmanət faizləri ilə heç nə itirmirlər: “Kommersiya bankları əmanəti maksimum 12 faizlə cəlb edir, krediti isə minimum 15 faizlə verirlər. 22-24 faizə qədər kreditlər var. Kommersiya bankı heç bir itki ilə üzləşmir”.

Bankların yüksək məbləğdə əmanət cəlb etmələrinin səbəbinə gəlincə, A.Balamedov bildirdi ki, əmanətlərə yüksək faiz təklif etmək bankların vəziyyətinin yaxşı olması demək deyil: “Əksinə, bankların vəziyyəti yaxşı deyil. Bu, tək Azərbaycana yox, bütün dünyaya aiddir. Dünyada son illərdə gedən böhrana görə həm biznes, həm də şəxslərin maliyyə aktivliyi aşağı düşdükcə, bankların sərbəst resurslara ehtiyacı daha da çoxalır. Ona görə də, onlar əlavə vəsait cəlb etmək üçün məcbur olub faizləri qaldırırlar. Əsas məqsədləri də ayaq üstdə durmaqdır. Bu, depozitlərlə bağlı aparılan siyasətin iflasa uğramaması üçün bir nömrəli üsuldur. Məqsəd odur ki, fiziki və hüquqi şəxslər pullarını evlərdə, seyflərdə saxlamasınlar, banka gətirsinlər. Bank da öz kredit siyasətini həyata keçirə bilsin. Çünki kredit verəndə bankın dövriyyəsi yüksəlir, faiz gözləntiləri artır”.

Bank faizləri inflyasiyaya təsir edir?

A.Balamedov kommersiya banklarında əmanət faizlərinin yüksək olmasının Azərbaycanda inflyasiyaya təsir edən məqam olmadığını vurğuladı: “Rəsmi məlumatlara görə, Azərbaycanda inflyasiya 10-12 faizdir. Ümumiyyətlə, dünyada böhran gedir. ABŞ, Avropa İttifaqında inflyasiya tüğyan edir. Bu vaxta qədər illik inflyasiya 1-2 faiz olan ölkələrdə hazırda ikirəqəmli inflyasiya var. Yaxın aylarda ABŞ, Avropa İttifaqı ölkələrində təxminən 10-12 faizlik rəqəmləri də görə bilərik. Bu da Federal Ehtiyat Sisteminin, digər aparıcı mərkəzi bankların uçot faiz dərəcələrini artırması ilə bağlıdır. Amma Azərbaycanda inflyasiyaya təsir edə biləcək səbəblər kommersiya bankları ilə bağlı deyil. Azərbaycanda inflyasiyanın əsas səbəbləri inkişaf etmiş ölkələrdə gedən proseslərdir. Oradakı inflyasiyanın müəyyən hissəsi Azərbaycan kimi ölkələrə ixrac edilir. Hökumət ölkəmizə idxalla gələn inflyasiyanın qarşısını almaq üçün müəyyən addımlar atıb. Ümidvarıq ki, gələcəkdə də belə addımlar atılacaq, dünyadakı böhranın Azərbaycana təsiri minimal səviyyədə olacaq”.

Qazanc əldə etmirsiniz, amma...

Ekspert bildirdi ki, Azərbaycanda bank faizlərinin inflyasiyaya təsiri olmasa da, pulumuzu banklara əmanət şəklində yerləşdirmək onu inflyasiyadan kompensasiya edir: “Azərbaycanda rəsmi inflyasiya 12 faizdir. Sizin pulunuz evdə qalanda 12 faiz inflyasiya edir. Bank isə depozitə görə sizə 12 faiz pul verir. Deməli, bankın əmanətinizə verdiyi 12 faiz inflyasiyanı kompensasiya edir. Bu da sizin pulunuzu inflyasiyadan qorumuş sayılır. Siz qazanc əldə etmirsiniz, amma inflyasiyada pulunuz dəyər itirmir”.

A.Balamedov qeyd etdi ki, əldəki vəsaitin bir hissəsini əmanət şəklində banka yerləşdirmək lazımdırsa, bir hissəsi ilə investisiya fəaliyyəti ilə məşğul olmaq faydalıdır: “Əmanəti passiv şəkildə bankda yerləşdirib ildə 10-12 faiz gözləmək öz yerində, ancaq 100 min manatınız varsa, 50 minini əmanət olaraq banka yerləşdirə, 50 minini də investisiya alətlərinə yönəldə bilərsiniz. Həm Azərbaycanda, həm də beynəlxalq maliyyə kapital bazarlarında əla imkanlar var, olub, olacaq. İnsanlar bu haqda düşünsünlər. Bununla bağlı maarifləndirmə işləri olmalıdır”.



Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap