Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bayden və Makron Putinlə danışmağa hazırdırlar – Birgə bəyanat veriblər

Tarix 02.12.22, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Co Bayden dekabrın 1-də Ağ evdə fransalı həmkarı Emmanuel Makronla görüşüb. Tərəflər Rusiyanın Ukraynanı işğal etməsinə qarşı mübarizəni davam etdirmək öhdəliklərinə sadiq qaldıqlarını vurğulayıblar.

İki ölkə rəhbəri birgə bəyanatda bildirir ki, Rusiya geniş miqyasda sənədləşdirilən, həm nizami silahlı qüvvələrin, həm də Vaqner kimi muzdlu birliklərin Ukraynada törətdiyi vəhşiliklər və müharibə cinayətləri üçün savab verəcək.

Bayden görüşdən sonra birgə mətbuat konfransında deyib ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirməyin yolunu axtararsa, onunla danışmağa hazırdır. Makron isə Ukraynanın qəbul edə bilmədiyi kompromisə vadar olunmayacağını deyib.

Prezidentlər Ukraynanın öz suverenliyi və ərazi bütövlüyünü müdafiəsinə dəstəyi, müharibə nə qədər çəkərsə, davam etdirəcəklərini bildiriblər. Bu dəstəyə ukraynalıların qışdan çıxmasına kömək edəcək əhəmiyyətli resurslar da daxildir.

Bəyanatda deyilir ki, ABŞ və Fransa Ukraynaya birbaşa büdcə dəstəyini davam etdirəcək, beynəlxalq maliyyə qurumlarını da dəstəyin artırmağa çağıracaq.

“Bu o demək deyil ki, biz hər şeyi ayrılıqda razılaşdırırıq. Ancaq o deməkdir ki, demək olar, hər şeydə razılaşırıq”, – Bayden Makronla görüşdən sonra deyib.

Xatırladaq ki, bu görüşdən əvvəl Bayden administrasiyası Konqresə müraciət edərək Rusiyanın Ukraynada strateji məğlubiyyətini təminat altına almaq üçün əlavə 37 milyard dollar dəyərində yardım ayrılmasını istəyib. Bu yardımın 21 milyardı birbaşa silah və texnika alınmasına sərf ediləcək.



Xəbərin oxunma sayı : 778




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap