Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Binəqədi rayonu “SOCAR” ərazisində daha bir qanunsuz tikinti - İcazəni hansı məmur icazə verib?

Tarix 04.03.26, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonu Mehdabad yolu 92 a ünvanında Turan küçəsi ilə kəsişmədə “SOCAR”-ın ərazisində qanunsuz tikinti işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. 

AzFakt.com xəbər verir ki, sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, tikinti işlərinin aparıldığı ərazinin qarşısında boruların keçdiyi, hətta ərazinin SOCAR -ın balansında olduğu, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, ətraf ərazilərə xoşagəlməz səs-küy yayıldığı, yaxın yerlərdə yaşayan sakinlərin narazılıq etdikləri bildirilir.
Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini və qanunsuz tikintinin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.

Özbaşına tikintiyə SOCAR rəhbəri Rövşən Nəcəfin, Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin göz yumması isə müəammlıdır. 
İddilara görə Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi icazə alınmayan sözügedən tikintinin inşasına  Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev icazə verib. 

Binəqədi rayonu Mehdiabad yolunda aparılan qanunsuz tikinti işləri artıq açıq-aşkar ictimai narahatlıq doğurur. Belə ki, neft pompasının qarşısında yeni tikilən qanunsuz obyektə betonlanma işləri aparılması heç bir təhlükəsizlik tədbirləri görülməməsi bir daha onu deməyə əsas verir ki, hər hansı bir təhlükə və yaxud xoşəgəlməz hadisə baş verməsi an məsələsidir.
Yol kənarında, heç bir məlumat lövhəsi, icazə sənədi olmadan sürətlə ucaldılan tikili bir sualı gündəmə gətirir: Bu özbaşınalığa kim icazə verib və aidiyyəti qurumlar niyə susur?

Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, hər bir tikinti işi müvafiq icra hakimiyyəti orqanlarının razılığı və rəsmi sənədlər əsasında aparılmalıdır.
Lakin Binəqədi rayonunda gedən tikinti prosesində bu tələblərin heç birinə əməl olunmadığı göz önündədir.





Xəbərin oxunma sayı : 1966




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap