“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bir partiyaya 0, digərinə 583, o birinə 3 min manat... - Partiyalar dövlətdən nə qədər pul alırlar?

Tarix 01.09.25, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən “Siyasi partiyalar haqqında” qanuna və digər normativ hüquqi aktlara əsasən, Azərbaycan parlamentində nümayəndəsi olan siyasi partiyalar dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Həmçinin, “Siyasi partiyalar haqqında” qanuna edilmiş son düzəlişlərə əsasən, artıq parlamentdə təmsil olunmayan müəyyən siyasi partiyalar da dövlət büdcəsindən maliyyə dəstəyi ala bilirlər.

AzFakt.com xəbər verir ki, Modern.az mövzuyla əlaqədar olaraq məlumat əldə etmək üçün parlamentdə təmsil olunmayan siyasi partiya rəhbərləri arasında sorğu keçirib.

Ağ Partiya sədri Tural Abbaslı açıqlamasında bildirib ki, əldə olunan dövlət yardımı ümumilikdə simvolik xarakter daşıyır. Onun sözlərinə görə, AĞ Partiya sonuncu parlament seçkilərində parlamentə düşməyən partiyalar arasında ən çox səs toplayan ikinci partiya olub:

“Bu nəticəyə əsasən, cari ildə maliyyələşməyə haqq qazanan partiyalardan biri də biz idik. Hesablamalara görə, ay ərzində təxminən 3000-3500 manat həcmində maliyyə vəsaiti ayrılmalı idi. Lakin qanunvericiliyə əsasən, parlamentdə təmsil olunmayan partiyalara dövlət tərəfindən verilən vəsait onların topladığı üzvlük haqları və ianələrin cəminin iki mislindən artıq ola bilməz. AĞ Partiyası ötən il bu baxımdan kifayət qədər üzvlük haqqı və ianə toplamadığı üçün, qanunvericiliyə uyğun olaraq, bizə nəzərdə tutulan maliyyə vəsaiti bu il ayrılmadı. Nəticədə, bu il üçün AĞ Partiyasına dövlət tərəfindən 0 AZN maliyyə yardımı ayrılıb”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli də öz növbəsində bildirib ki, bu il partiyaya yalnız yanvar ayında 1100 manat vəsait köçürülüb:

“Qanuna əsasən, partiyanın əvvəlki ildəki rəsmi xərclərinin iki mislindən artıq maliyyə yardımı ala bilməsi mümkün deyil. Əvvəlki il çox cüzi rəsmi xərclər olduğundan, bu il üçün faktiki olaraq maliyyələşmə təmin olunmayıb”.

Müsavat Partiyasının sədri Arif Hacılı söyləyib ki, partiyanın fəaliyyəti üçün bu il ayda təxminən 3000 manata yaxın dövlət vəsaiti ayrılıb.

Azad Vətən Partiyasının rəhbəri Akif Nağı da cari ildə partiyaya maliyyə yardımı ayrıldığını deyib:

“Ötən il hesabda maliyyə hərəkətliliyi mövcud olduğundan, qanunvericiliyə əsasən partiyanın fəaliyyətinə illik 7000 manat vəsait ayrılıb. Bu isə aylıq olaraq təxminən 583 manata bərabərdir. Ayrılmış vəsait əsasən dəftərxana, kirayə və kommunal xərclərin ödənilməsinə yönəldilir”,- deyə o bildirib.



Xəbərin oxunma sayı : 982




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap