Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Biznesmen 7 kiloqram qızılı axtarmaq üçün Kürdəmirə niyə gedib? - 400 min dollarlıq mübahisə

Tarix 05.06.23, 18:48

Font ölçüsü : - / +
bitmap-img6


Biznesmen dostunun "Kürdəmir rayonunun Ərəbxana kəndində 7 kiloqram qızıl basdırmışam" deyib, 400 min dollarını mənimsəyən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Kürdəmir rayon sakini Abbasqulu 1983-cü ildən Bakı şəhəri, Dərnəgül prospektində yerləşən "Avto detal” zavodunda birlikdə işlədiyi biznesmen dostu Adilin 400 min dollarını mənimsəməkdə ittiham edilib. 

Abbasqulu 2019-cu ildə dostu Adildən 400 min dollar alıb. Bildirib ki, Sumqayıtda avtosalon icarəyə götürəcək, Almaniya və Gürcüstandan avtomobil gətirərək satacaq və qazancın yarısını ona verəcək. 

Adil Sumqayıtdakı salona gedən zaman orda Almaniyadan gətirilən avtomobillər olmadığını görüb və Abasquludan söz verdiyi maşınların niyə gətirilmədiyini soruşub, pulunu qaytarmağı tələb edib. 

Abasqulu ona deyib ki, Kürdəmir rayonu, Ərəbxana kəndində 7 kilodan artıq qızılı var. O, həmin qızılları kənddə basdırdığını və tapa bilmədiyini bildirib.

Daha sonra Adil Abasqulu ilə kəndə gedərək, qızılı axtarmaq qərarına gəlib. Kənddə qardaşı Əliqulu Abasquluya Adilin yaxşı adam olduğunu, ona hər şeyin düzünü deməyi məsləhət görüb. Adil bu sözü eşitdikdən sonra Bakıya qayıdıb.

Adilin şikayəti əsasında Abbasqulu saxlanılaraq məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 7 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Mülki iddia qismən təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən 442 min 832 manat pul tutularaq zərərçəkmiş Adilə ödənilməsinə qərar verilib.



Xəbərin oxunma sayı : 727




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap