Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Blinken Lavrovla görüşdən imtina etdi: “Mənası yoxdur”

Tarix 24.02.22, 8:34

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla fevralın 24-də Avropada keçirilməsi planlaşdırılan üzbəüz görüşdən imtina edib.

“Hazırda bu görüşü keçirməyin mənası yoxdur”, - deyə Blinken çərşənbə axşamı Vaşinqtonda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.

“Əgər Rusiya Ukrayna məsələsində gərginliyin azaldılması və diplomatik həllin işlənib hazırlanmasında ciddi olduğuna dair dünya ictimaiyyətinə müəyyən dərəcədə inam yaratmaq istiqamətində addımlar atmağa hazır olarsa, Birləşmiş Ştatlar və mən şəxsən diplomatiyaya sadiq qalarıq. Rusiyanın münaqişə və müharibə yolu ilə getməsini sürətləndirdiyi bir vəziyyətdə diplomatiya pərdəsi altında hərəkət etməsinə imkan verməyəcəyik”, - deyə ABŞ Xarici İşlər Naziri bildirib.

O vurğulayıb ki, “diplomatiya indi Rusiya tərəfindən rədd edilib”, ona görə də planlaşdırılan danışıqların aparılmasına ehtiyac yoxdur. Bununla belə, Blinken əlavə edib ki, “daha ​​pis olan ssenarinin – paytaxt daxil olmaqla bütün Ukraynaya genişmiqyaslı hücumun qarşısını almaq üçün” ABŞ Rusiya ilə gələcək diplomatik təmaslara hazır olacaq.

“Əgər Moskvanın yanaşması dəyişərsə, o zaman biz (ABŞ) hazırıq, mən əməkdaşlığa hazıram”, - dövlət katibi bildirib.

Lavrovla Blinkenin görüşünün keçirilməsi təşəbbüsü daha əvvəl Vaşinqton tərəfindən irəli sürülüb. Moskva bu görüşə razılıq verdi. Tərəflərin verdiyi məlumata görə, Cenevrədə keçirilməli idi.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 607




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap