“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA

Tarix 10.07.26, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


"Manato" bank olmayan kredit təşkilatı vətəndaşın hicabsız şəklini telefon kontaktında olan şəxslərə göndərib.

Bununla bağlı xanımın rəfiqəsi sosial şəbəkədə şikayət yazıb.

Məlumata görə, hicablı qadın maddi çətinlik səbəbindən 400 manat məbləğində kredit götürüb. Bildirilir ki, o, şirkətlə əldə olunan razılaşmaya uyğun olaraq borcunu beş ay ərzində hissə-hissə ödəyib.

Lakin iddiaya görə, bir neçə gün əvvəl qadının şəxsiyyət vəsiqəsində yer alan hicabsız fotosu onun telefon kitabçasındakı bəzi şəxslərə göndərilib. Həmin şəxslərə "bu şəxs borcunu ödəmir", "axtarışdadır" və "sizi zamin göstərib" məzmununda mesajlar yazılıb.

Sözügedən hadisə sosial şəbəkədə müzakirələrə səbəb olub. Vətəndaşlar hicablı qadının hicabsız fotosunun üçüncü şəxslərlə paylaşılmasının düzgün olmadığını qeyd ediblər.

Qeyd edək ki, bu məlumatlar iddia xarakteri daşıyır. Məsələ ilə bağlı "Manato"ya sorğu ünvanlanıb./milli.az/



Xəbərin oxunma sayı : 1567




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap