Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

Bu günədək Azərbaycan TAP ilə Avropaya nə qədər qaz ixrac edib? - AÇIQLAMA

Tarix 24.06.21, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci il dekabrın 31-dən Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya 2,8 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. 

AzFakt.com İnterfax.az-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.

“Azərbaycan 2020-ci il dekabrın 31-dən bu günədək TAP ilə Avropaya 2,8 milyard kubmetr qaz ixrac edib”, - deyə o, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclasında çıxışı zamanı bildirib.

Daha əvvəl nazir bildirmişdi ki, 2021-ci ildə Azərbaycan Avropaya 5 milyard kubmetrdən çox qaz ixrac edəcək.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.

Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.



Xəbərin oxunma sayı : 733

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda