Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq - RƏSMİ

Tarix 04.06.22, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


27 may 2022-ci il tarixində Prezident İlham Əliyevin Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlərin hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.





Xəbərin oxunma sayı : 1231




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap