Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bu küçədə yaşayanlar içməli suyu pulla alır - VİDEO

Tarix 02.10.22, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Bərdənin Sənaye  küçəsində 150-yə yaxın ailə içməli su problemindən əziyyət çəkir. Yeni salınmış məhəllənin sakinləri bildirirlər ki, içməli suyu pulla alırlar. Bu isə maddi cəhətdən sərfəli deyil.sakinlər iddia edirlər ki, bu vəziyyət uzun müddətdir ki, onlara çətinlik yaradır. Rayon icra hakimiyyəti məsələyə aydınlıq gətirib. 

Bərdənin Sənaye küçəsinin sakinləri su sarıdan əziyyət çəkirlər. 

``Yeni Məhəllə`` adlandırılan ərazidə yaşayanlar deyirlər ki, belə vəziyyət illərdir ki, davam edir. 

Sakinlərin sözlərinə görə məişətdə quyu suyundan istifadə edirlər. Lakin quraqlıqla əlaqədar quyular quruduğundan su tapmaq müşkülə çevrilib. 

Sakinlər deyirlər ki, məcbur olub içməli suyu pulla alırlar. Bu isə sərfəli deyil. 

Məsələ ilə bağlı Bərdə Rayon icra hakimiyyətindən bildirilib ki, yeni salınmış məhəllədə içməli su ilə bağlı təchizatda problemlər var. Bununla bağlı rayon rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət edilib. ``Yaxın gələcəkdə Bərdə şəhərinin içməli su və kanalizasiya xəttinin yenilənməsi gözlənilir. Sözügedən ərazi də həmin layihəyə salınıb``-deyə qurumdan əlavə edilib. 






Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap