Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bu kadrlar sizi dəhşətə gətirəcək: Çörək alarkən diqqətli olun! - VİDEO

Tarix 22.10.21, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları çörəkbişirmə sexində yoxlamalar aparıblar. Məlum olub ki, sexin şəraiti heç bir standarta cavab vermir. Çörəklərin bişirildiyi qablar toz içərisindədir. Çörək bişirilən zaman mənşəyi məlum olmayan yağlardan istifadə edilir. Yoxlamalardan sonra müəssisənin fəaliyyəti dayandırılıb.

AzFakt.com "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində, vətəndaş Ruslan Namazova məxsus çörəkbişirmə sexində antisanitar vəziyyət hökm sürür.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardıqları yoxlamalar zamanı məlum olub ki, xəmirə qatılacaq maya qaydalarda göstərilən tempraturda saxlanılmır. Mənşəyi bilinməyən yağlardan istifadə edilir. Bir sözlə, insanların hər gün istehlak etdikləri çörək bərbad şəraitdə hazırlanır. Bu isə orqanizm üçün olduqca təhlükəlidir.

AQTA əməkdaşlarını görən sexin sahibi ərazidən uzaqlaşıb. Yoxlamalardan sonra çörəkbişirmə sexinin fəaliyyəti dayandırılıb.







Xəbərin oxunma sayı : 628




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap