Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu yolda dairəvi hərəkət ləğv olundu - FOTO

Tarix 03.02.23, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) yol hərəkətinin təşkilində dəyişiklik həyata keçirilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hərəkəti buraxma qabiliyyətinin artırılması məqsədilə kəsişmədə dairəvi hərəkət ləğv olunub.

“Svetofor obyektləri vasitəsilə nizamlanan yolayrıcı təşkil edilib. Həyata keçirilən dəyişiklikdən sonra tunel istiqamətindən gələrək Heydər Əliyev prospekti və Ulduz metro stansiyası istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri kəsişmədən sağa, Volodarski küçəsinə dönərək yeni inşa olunan geriyə dönmə yerinə yönəlməlidirlər.

Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri isə Xəlili Rza Ulutürk küçəsinə daxil olmaq üçün tunelin üzərindəki geriyə dönmə yerindən istifadə edə bilərlər. Layihə çərçivəsində bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidləri də təşkil edilib ki, nəticədə piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb”, - məlumatda qeyd edilib.
 







Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap