Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Cəbrayıl bizimdir, Qarabağ Azərbaycandır!

Tarix 03.10.22, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


İkinci Qarabağ müharibəsi başlayan gün Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Mehdili, Çaxırlı, Aşağı Maralyan, Səybəy və Quycaq kəndləri oktyabrın 3-də, Cəbrayıl şəhəri, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri oktyabrın 4-də işğaldan azad edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı da təsis olundu. Sement, mərmər, inşaat daşı və digər tikinti materialları ilə zəngin olan Cəbrayılda neft yataqları
da vardı, dəmir filizi yataqları da. Burda kənd təsərrüfatı dinamik inkişaf etmişdi. Üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıq rayonun iqtisadi inkişafını təmin edirdi. Rayonda 510 çarpayılıq xəstəxana, 72 orta məktəb,  78 kitabxana, 12 mədəniyyət evi vardı. Cəbrayıl da tariximizi mühafizə edən
rayonlardan olub: Tarix-diyarşünaslıq muzeyində 20 minə yaxın eksponat vardı. Cəbrayıl tarixi keçmişimizi yaşadan ərazi kimi də tanınırdı; rayonda tarixi abidələr də vardı. Ermənilər işğal zamanı Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarasını, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanlarını, Diri dağındakı Mazannənə,
Mərmər nənə məqbərələrini, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpülərini, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”nı, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki
“Dairəvi” 8 guşəli türbəni, türk qəbiristanlığındakı türbə və məqbərələri dağıtmışdı… Səfəvilər tariximizi yaşadan, ondan əvvəlki və ondan sonrakı tarixlərimizə işıq olan Xudafərin körpüsündə Azərbaycan bayrağını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 16-da ucaltdı. Bu, hərbi qələbəmizi tamamlayan böyük mənəvi qələbəmiz oldu…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan sonra Cəbrayılda dörd dəfə səfərədə olub. Bu səfərlər rayonda aparılan quruculuq işlərinin gedişinə məsuliyyəti daha da artırmışdır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb... Cocuq Mərcanlı kəndi İkinci Qarabağ müharibəsindən əvvəl, 2016-cı ilin aprel döyüşlərindən
sonra yenidən qurulmuşdu. Hamı əmin idi ki, torpaqlarımız işğaldan azad ediləcək, Cəbrayılın da işğalına son qoyulacaq. Rayonun digər kəndləri də Cocuq Mərcanlı kəndi kimi  yenidən qurulacaq, cəbrayıllılar Cəbrayıla qayıdacaq… Cəbrayılda da böyük quruculuq işləri gedir...

Araz İsmayılov



Xəbərin oxunma sayı : 454




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap