“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“

Tarix 10.07.25, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Hospitalında lor-cərrah kimi çalışan Elçin Bayramovun Quba rayonunun Xucbala kəndində qonşuluqda yaşayan vətəndaşa qarşı davamlı təzyiqlər göstərdiyi iddia olunur.

AzFakt.com KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə redaksiyaya müraciət edən Sevinc Paşayeva bildirib ki, Elçin Bayramov onun ailəsini su və kanalizasiya sistemindən ayırmaqla təhdid edir və mülki hüquqları pozur.

Şikayətçi deyir ki, ötən il Əli Behbudov adlı şəxsdən aldığı evə köçdüyü gündən qonşuluqda yaşayan Elçin Bayramovun əsassız iddiaları ilə qarşılaşıb:

“Evə köçməzdən əvvəl kommunal sistemlə bağlı bütün məsələləri satıcı ilə dəqiqləşdirmişdik. Əli Behbudov bildirib ki, su və kanalizasiya xətləri qonşuluqdakı dostları ilə birlikdə çəkilib və heç bir problem olmayacaq. Lakin sonradan Elçin Bayramov bu xətlərin yalnız ona məxsus olduğunu iddia edərək bizi su xəttindən ayırmaq üçün müxtəlif təzyiqlərə başladı. Bütün danışıqlarımıza baxmayaraq, o, su xəttimizi qanunsuz şəkildə kəsdirdi”.

Paşayevanın sözlərinə görə, Elçin Bayramov bu addımları hüquq-mühafizə orqanlarında çalışan yaxın qohumunun dəstəyinə arxalanaraq atdığını açıq şəkildə bəyan edir:

“Deyir ki, heç kimdən çəkinmir. Ailəmizə davamlı maddi və mənəvi zərər vurur, münaqişə yaratmaqla ictimai təhlükəsizliyə də təhdid yaradır”.

Şikayətçi bildirib ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Sonda Sevinc Paşayeva media vasitəsilə müraciət edərək məsələni ictimailəşdirməyi vacib saydığını bildirib:

“Bir həkimin – cəmiyyətin sağlamlığına cavabdeh olan şəxsin bu cür davranış sərgiləməsi narahatedicidir. İstəyirəm ki, bu hal ictimailəşsin və gələcəkdə daha ciddi fəsadlara yol açmasın”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 



Xəbərin oxunma sayı : 763




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap