![]() |
|














Cərrah Türkan Gündüzün qətlinin detalları: Əri xadimə ilə xəyanət etdi, gecəyarısı...
Tarix 20.01.25, 18:49 |
|

Plastik cərrah Türkan Gündüz 2023-cü ilin mayın 7-də 1967-ci il təvəllüdlü həyat yoldaşı Muhammet Gündüz tərəfindən qətlə yetirilib.
AzFakt.com xəbər verir ki, Teleqraf.com Muhammet Gündüzün cinayət işinin detallarını və ifadəsini əldə edib.
Əldə etdiyimiz istintaq sənədlərinə görə, Muhammet 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşadığı Türkanın 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycandan kənarda, Türkiyədə yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə bir ər kimi ona hörmət etməməsi qənaətinə gəlib.
Davamlı mübahisələr ər-arvad kimi onların münasibətlərində soyuqluq yaradıb. 7 may 2023-cü ildə gecəyarısı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində Türkan söhbət əsnasında kobudluqla onunla birlikdə yaşamaqdan imtina etdiyini deyib. Bu səbəbdən Muhammet Gündüz Türkana bıçaqla çoxsaylı zərbələr vurub.
Ümumilikdə 7 bıçaq xəsarəti alan qadın vəfat edib.
İstintaq orqanı tərəfindən Muhammet Gündüzün barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Muhammet ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Türkanla bir-birilərini sevərək ailə qurublar: “Mən Türkanı tanıyanda o, tələbə idi və həmin vaxtlardan onunla münasibətim yaranmağa başladı. Onun təhsilini davam etdirməsinə köməklik etdim. Türkanın ailəsi onunla evlənməyimizə razı deyildilər. Hətta bir gün Türkanın atası ilə dalaşaraq onu evdən qovdum.
Türkana da atası ilə görüşməməyi tapşırdım, onun dələduz olduğunu bildirdim. Dedim ki, atasının borclu olduğu şəxslər borclarının qaytarılması üçün dəfələrlə qapımıza gəliblər”.
Muhammet bildirib ki, 2018-ci ildən Türkan işləməyə başlayıb: “Həmin ildən də onun qazancı artmağa başladı. Bundan sonra məni alçaltmağa, adamlar arasında atmacalar atmağa başladı. Ona belə etməməsi barədə dəfələrlə xəbərdarlıqlar etmişdim. Bacısı mənim xadimə ilə Türkana xəyanət etdiyimi bildirdi. Lakin belə bir hal baş verməmişdi. Evə kameraların qoyulmasını mən təşkil etmişdim. Evdə kameraların olduğunu bildiyi halda, Türkana xəyanət etməyimdən söhbət gedə bilməzdi.
Türkiyənin Konya şəhərindəki evimdə işləyən xadimənin şəxsi nəqliyyat vasitəsi yox idi, o, evə ictimai nəqliyyatda gedib-gəlirdi. Həmin gün ona motosiklet aldığımı bildirdim. O da məni təbrik etdi, əl uzadıb yanağıma toxundu. Bundan başqa aramızda heç nə olmayıb. Türkan özü mənə deməsə də, bundan şübhələndiyini və qısqandığını hiss etmişdim. Məni qısqandığı halda, xadiməni işdən azad edəcəyimi dedim.
Bir gün Türkanın anası zəng etdi, həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu və qızını yanında görmək istədiyini bildirdi. Mən də təbii ki, etiraz etmədim. Hətta qızımıza da valideyn kimi rəsmi olaraq onunla ölkədən getməsinə icazə verdim. Onları Azərbaycana yola saldım. İki gün sonra Türkanın məndən boşanmaq istəməsi barədə rəsmi bildiriş aldım. Onunla əlaqə saxlayaraq, danışdım, səbəbi soruşdum. Türkan səbəb kimi xadimə ilə olan videogörüntüləri göstərdi. Mən vəziyyəti izah etdiyimi, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı bildirdim. Lakin o, mənə inanmadı”.
Muhammet qeyd edib ki, təqribən 7-10 gün sonra Azərbaycana gəlib: “Həmin vaxt Türkiyənin Antalya şəhərinə tətil üçün bilet də almışdım. Azərbaycana tətil bileti ilə birlikdə gəlməkdə məqsədim Türkanla barışmaq idi. Onu öldürmək üçün gəlməmişdim, onu öldürmək fikrim də olmayıb. Azərbaycana Türkana məlumat vermədən gəlmişdim, gələn kimi ona zəng vurdum. Telefonu açdıqda, Gəncə şəhərində olduğunu bildirdi. Türkan həmin vaxt sərxoş vəziyyətdəydi. Mənə tibb bacısı ilə birlikdə olduğunu dedi. Ondan telefonu tibb bacısına verməyi tələb etdim. Amma bundan imtina etdi.
Türkan mənə nalayiq ifadələr səsləndirməyə başladı. Yenidən zəng edərək, Gəncə şəhərinə gələcəyimi dedim, orada birlikdə gəzməyi təklif etdim.
Yola düşdüm, Kürdəmirə çatanda Türkan artıq Bakıda evdə olduğunu bildirdi. Mən də geri qayıtdım, Nərimanov rayonunda yerləşən evə getdim. Türkan evdəydi, amma qapını açmırdı.
Qapını açdıqda vəziyyəti izah etdim, ona xəyanət etmədiyimi deyib and içdim. O da mənə inandığını bildirdi. Əvvəlki gün Gəncə şəhərində olub-olmadığını soruşdum. Əgər Gəncə şəhərində olmuşdusa, olduğu klinikanın rəhbəri ilə dəqiqləşdirəcəkdim. Türkan Gəncə şəhərində yox, başqa yerdə olduğunu bildirdi. Daha məsələni uzatmadım. Qızımı da götürərək bir az gəzdim və evə qayıtdım. Bu müddətdə aramızda heç bir problem olmadı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Türkan yenidən xadimə ilə söhbət olan videogörüntüləri göstərməyə başlayıb: “Mən də ona aldığım tətil biletləri barədə danışdım, artıq bu videogörüntüləri unutmalı, sadəcə tətil barədə düşünməli olduğunu söylədim, videogörüntüləri sildim. Türkan yenidən mənə qarşı nalayiq ifadələr işlətdi. Bir daha ona xəbərdarlıq etdim.
Təxminən 1 həftə sonra yenidən aramızda mübahisə yarandı. Türkan nalayiq ifadələr səsləndirdi. Bu dəfə mənim valideynlərimin ünvanına nalayiq ifadələr səsləndirdi və bizi təhqir etdi. Əvvəlcə, qənd qabını onun üzərinə atdım. Daha sonra meyvə soyduğum bıçaqla vurdum.
Hadisəni törətdiyim vaxt özümdə deyildim. Türkanı bıçaqla vurduqda dərhal qızım otağa daxil oldu. Ona “103” çağrı mərkəzinə və xalasına zəng etməsini bildirdim. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi. Onlar hadisə yerinə gec gəldilər. İki-üç dəfə onlara ünvanı izah etməli oldum.
Mənim Türkanı öldürmək məqsədim olmayıb. Aramızda əvvəllər də mübahisələr olub. Mübahisələr qısqanclıq zəminində yaranıb. Üzərimdə olan bıçağı 2 il əvvəl almışdım və ondan meyvə soymaq üçün istifadə edirdim. Hadisəni törətdiyim anda huşumu itirdim, nə etdiyimi xatırlamıram. Hadisə baş verən vaxt qızım evdə otağında idi. Onun qulağında böyük qulaqlıqlar var idi. Hadisə zamanı səs-küy olmadığı üçün o, hadisə yerinə gəlməyib və heç nə eşitməyib”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilib. Həmin ifadədən məlum olur ki, 6 may 2023-cü ildə bütün günü o, qızı Sibellə birlikdə evdə olub:
“Saat 10-11 radələrində Türkan işə getdi. Təxminən saat 18 radələrində onu aparan taksi sürücüsü zəng edərək arvadımın telefonda bu gün bəlkə evə getməyəcəyini bildirdiyini dedi.
Təxminən saat 20 radələrində arvadım evə gəldi, yeməyini yeyib, yorğun olduğuna görə yatmağa getdi. Bir necə saat yatdıqdan sonra oyandı. Qonaq otağında oturduğumuz vaxt Türkana belə hərəktlərin bizə yaraşmadığını, mütəmadi mübahisə etməyimizin övladlarımıza ziyan vurduğunu, danışığına fikir verməli olduğunu dedim. O da Türkiyədə yaşamaq istəmədiyini, mənim Türkiyədə, özünün isə Azərbaycanda yaşayacağını söylədi. Bununla aramızda mübahisə bir az da gücləndi.
Masadan şirniyyatı götürərək onun üzərinə atanda Türkan ayağa qalxaraq üstümə gəldi. Mən də yanımda olan dolabçadan alma soymaq üçün istifadə etdiyim bıçağı götürdüm və qorxutmaq məqsədilə üstünə getdim. Təxminən 3-4 dəfə bıçaqla onun qarın və sinə nahiyələrinə zərbə endirəndən sonra Türkan otaqdan çıxmaq üçün qapı tərəfə qaçdı. Səsimizə qızım Sibel öz otağından çıxdı və mənə yaxınlaşaraq “ata, eləmə” söylədi. Qızıma otağına keçməyi tapşırdım.
Otaqdan çıxan zaman arxadan Türkanın böyrünə daha bir bıçaq zərbəsi endirdim. O, otaqdan çıxaraq yataq otağının qarşısında yerə yıxıldı. Onun qan içində olduğunu gördüm, qızım Sibelə dərhal dedim ki, təcili tibbi yardım çağır. Qızım 103 xidmətinə zəng etdi. Mən özüm ondan telefonu aldım, bu barədə məlumat verdim.
Daha sonra öz telefonumdan dostum Ekrem Ökteme zəng etdim, evin həyətinə çıxdım. Polis əməkdaşları gələrək məni saxladılar, törətdiyim cinayəti etiraf etdim”.
Məhkəmədə təqsirləndirilən şəxsin Türkanla birgə nikahından olan övladları da ifadə veriblər. Onlar atalarının xəyanətindən, Konyadakı evdə xadimə ilə uyğunsuz hərəkətlərindən danışıblar. Bildiriblər ki, ataları barışıqdan ötrü dəfələrlə analarını bıçaqla hədələyib.
Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
Xəbərin oxunma sayı : 1075
Kriminal
Xəbərlər
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Üç uşağı olanlar sosial müavinət ala biləcəklər?-Video
-
ABŞ-a poçtla göndərilən bütün bağlamalar açılacaq - Trampdan Çinə qarşı yeni qərar
-
“Veteran pulu“ bu tarixdə artırılacaq - Deputat açıqladı
-
Məktəblərdə şagirdlərə naməlum yazıları yazdıranlar kimlərdir? - VİDEO
-
Azərbaycana ən çox maddi ziyan Ağdamın işğal olunması ilə vurulub - Məbləğ
-
Bakının riskli MTK-ları:1 milyon vergi borcu, həbs edilən sədr və aldadılanlar...
-
“Yəqin ki, gələn həftə Prezident Zelenski ilə görüşəcəm” - TRAMP
-
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTOLENT
-
Məhkəmə “Oleq Bakinski” ilə bağlı qərar verdi - Həbsdə qaldı
-
Ötən ay xaricdə təhsil almış 102 nəfərin diplomu tanınmayıb - RƏSMİ
-
“Neft Daşları”nda sızma olub - “Azneft”dən açıqlama
-
Azərbaycan Ermənistanla danışıqlar apardı - Əsir və itkinlərlə bağlı
-
Köməksiz qalan uşaqlar xilas edildi - Video
-
Prezident və xanımı yeni yaradılan parkın açılışında - Fotolar
-
Bu rayonlara qar yağır - Faktiki hava
-
Sumqayıtda məscid sökülür? - Rəsmi açıqlama
-
Aşıqlar Birliyindən yayılan xoşagəlməz görüntüyə reaksiya - VİDEO
-
Üç ölkə prezidenti Bakıya gələcək - Bu tarixdə
-
Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfirini qəbul etdi - FOTO
-
“Anarın nazir təyinatını gözləyirdim, xəbər alan kimi...“ - Atası oğlunun nazir təyinatından danışdı
-
“Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq“ - “Neftçi“ rəsmisi
-
Həbsdə olan Tağı İbrahimovun tikinti şirkəti çökür - Maaşlar verilmir, vergi borcu var
-
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - Tam siyahı
-
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edib - VİDEO
-
Buraxılış imtahanlarının vaxtı və siyahısı açıqlandı - CƏDVƏL
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın qərarı aranı qarışdırıb
-
Yeni nazir təyin olunan Anar Əliyev kimdir? - DOSYE
-
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır”- Peskov
-
Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim etdi - Fotolar
-
FHN kapitanı işə düzəltmək adı ilə 10 min aldı - işdən çıxarıldı
-
Prezident Anar Əliyevi nazir təyin etdi - Sərəncam
-
İdxalçı şirkət “İnterşin” ölkədən külli miqdarda pul çıxarıb - MƏHKƏMƏ
-
Kamran Əliyev Kürdəmirdə prokurorluq binasının açılışında - Fotolar
-
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək - 10 milyonluq müqavilə
-
Ukraynaya növbəti humanitar yardım yola salındı - FOTO
-
Qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
AzTV sədrinə iki müavin təyin olundu - Onlar kimdir?
-
Toy etməyə hazırlaşanlar üçün mühüm xəbər - Bir az da bahalaşacaq
-
Yeni virus sürətlə yayılır - Xəstəxanalar doldu, çox sayda insan...
-
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb - Fərman + DETALLAR
-
Azərbaycanda bu şəxslər ordudan tərxis olunur - KİV
-
Beyləqanda Milli Qəhrəmanın anım günü keçirildi - Fotolar
-
“Məktəbdə paylanan vərəqələrlə bağlı kriminal tərkib yoxdur“ - DİN
-
“Narkotik istifadəçisi deyiləm, amma…” - Nicat üzr istədi - VİDEO
-
Azərbaycanda hərbi sahədə rüşvət halları azalıb - Rəsmi açıqlama
-
“Moyka”dan götürdüyü maşını 120 ilə sürüb qəza törətdi: “Su almağa gedirdim”
-
Dekabrda orta əməkhaqqı 12 manat 40 qəpik artıb - Rəsmi
-
“Ukraynada münaqişənin nizamlanması üzərində işləyirik“ - Xüsusi nümayəndə
-
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələr - TAM SİYAHI
-
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
-
“Könül məni görəndə qaçır” - Təranə Qumral (VİDEO)
-
Almaniya 45 azərbaycanlını deportasiya edib - Rəsmi
-
“Bu il hərbi sahədə qeydə alınmış cinayətlər 100 faiz açılıb“ - Hərbi Prokurorluq
-
Hansı kredit şərtləri ilə mənzil almaq sərfəlidir? - VİDEO
-
Azərbaycanda yağların qiyməti xeyli artdı - VİDEO
-
“Trampın sülh planı yoxdur” - Zelenski
-
Lerikə yarım metr qar yağdı - FAKTİKİ HAVA
-
Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA
-
“Onun getməsinə üzülürəm” - Qurban Qurbanov
-
“İran nüvə silahına can atmır” - Pezeşkian
-
“ABŞ-ın Panama kanalı ilə bağlı gözləntiləri eyni olaraq qalır“ - Rubio
-
Günəşdə güclü partlayış baş verib: Yerə təsir ehtimalı yüksəkdir
-
“İnsanların nə düşündüyü mənim vecimə deyil“ - Lalə Məmmədova
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Vaşinqton Qəzzaya qoşun göndərməyəcək“ - Ağ Ev
-
“Burada bizə qarşı heç bir təzyiq olmayıb“ - Davit Babayan saxlanma şəraiti barədə
-
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama:Son 5 ildə nələr baş verib?
-
Məktəbdə şagirdə naməlum kağız və nömrə verilib - DİN araşdırır
-
“Bir qismi xaricə qaçıb, digəri burda ağlayır ki...” - İlqar Məmmədovdan sərt ittihamlar
-
Arayikgil məhkəmədə Paşinyanın yalanını üzə çıxardı - FOTOLAR
-
Ər arvadını kişi ilə tutdu: “Ayağıma düşdü, o biri otağa keçəndə bıçaq çıxardı“
-
Həbsə alınan “qumar kralı“ çoxsaylı əmlakları üzə çıxdı - FOTOLAR
-
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir - Şirkət daha bir tender qazandı
-
Küləyin sürəti güclənib, yağış yağır - Faktiki hava
-
“Repetitorluq mərhələli şəkildə ləğv ediləcək” - Nazir
-
“Münaqişə bitdikdən sonra İsrail Qəzzanı ABŞ-yə təhvil verəcək” - Tramp
-
Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar - SİYAHI
-
“İlğım“ əmtəə nişanlı saxta “Himalay duzu“ satışdan geri çağırılıb - RƏSMİ
-
Dünyada ən çox nefti və qazı olan ölkələr - Siyahı
-
Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatı keçdi - RƏSMİ
-
“Tehranla əməkdaşlığı gücləndirəcəyik, sanksiyalar buna maneə deyil“ - Rəsmi Moskva
-
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib - FOTOLAR
-
AXCP fəalı Famil Xəlilova hökm oxunndu - 3 il şərti cəza verildi
-
MSK bu dairələr üzrə şikayətlərə baxıb, qərar verilib - SİYAHI
-
“Diplomlar Səhiyyə Nazirliyindən gələn rəy əsasında verilir“ - Nazir
-
Şəmşad Ağa haqqında həbs qərarı verildi - 2 ay 1 gün
-
“Yaxın aylarda müavinət və təqaüdlərin də artırılması nəzərdə tutulur“ - Nazirlik
-
Azərbaycan Rusiyaya nota verdi - XİN-dən açıqlama
-
“Məsələni tənzimləyə bilsək, məktəblər dəyişkən iş qrafikinə keçirələcək“ - Nazir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vəkil olmaq istəyənlərin diqqətinə: imtahan başlayır
-
Nazirdən universitetlərin Qarabağ bölgəsinə köçürülməsi haqda - Açıqlama
-
Prezident “Əmək pensiyaları haqqında” dəyişikliyi təsdiqlədi - Artım rəsmiləşdi
-
Yeni maliyyə naziri təyin edildi - Prezident Sərəncam imzalayıb + DOSYE
-
“Hərbi əməliyyatlardan sonra İsrail Qəzza zolağını ABŞ-yə təhvil verəcək“ - Tramp
-
Jurnalist Şahnaz Bəylərqızı həbs edildi - 3 ay 15 müddətinə
-
Bakıya sulu qar yağacaq, temperatur aşağı düşəcək - XƏBƏRDARLIQ
-
Əli Kərimli barədə qərar verildi - Məhkəmə prosesi
-
Nura Suridən qalmaqallı açıqlama: “Adımızın qarşısında şou yox, toy-biznes yazılsın“
-
Azərbaycanda lisenziyası ləğv edilən həkimlərin - TAM SİYAHISI
-
Pirşağı-Novxanı-Xırdalan yolunun tikintisindən - Görüntülər
-
Ekologiya naziri kim olacaq? - Birinci müavinlə bağlı xəbər var
-
Bakıdakı “Rus evi” bağlanır - Rusiyaya bildiriş göndərildi
-
Sabiq icra başçısı xidməti pasportunu itirib - O, bu pasportu necə alıb?
-
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
-
Vəzifəli şəxslər məhkəmə zalında həbs edildi - 250 min manatlıq dələduzluq
-
“Onlar məni komandada görmək istəmirdi” - Kadi
-
General post rəisini idarə rəhbəri təyin etdi - FOTO
-
Bəzi rayonlara qar yağacaq, yolları buz bağlayacaq - Sabahın havası
-
Hazırda plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır - BİRGƏ MÜRACİƏT
-
Quş qripi ilə bağlı əhaliyə - Xəbərdarlıq
-
Avropada qışın ən bahalı 10 transferi - SİYAHI
-
Lənkəranda bəzi əraziləri su basdı – 22 nəfər təxliyə olundu + Video
-
Cərrah Təbəssüm Qurbanovanın lisenziyası ləğv edildi - Əməliyyat zamanı canlı açmışdı
-
Sahibkarlar çörəyin qiyməti ilə birlikdə çəkisini də azaldırlar - VİDEO
-
Azərbaycana gətirilən “arıqlama çayı və qəhvələri“ndə təhlükəli maddə tapıldı - RƏSMİ
-
Məhkəmə Trampın fərmanını qüvvədən saldı - “Konstitusiyaya ziddir”
-
Gənc qız kafedə xadiməni döyərək burun və ağzındakı protezi sındırdı – MƏHKƏMƏ
TOP 10
ARXİV