Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ceyhun Bayramov Vaşinqton görüşündən danışıb - “Bir addım irəli getdik“

Tarix 10.05.23, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


"Belə desək, biz bir addım irəli getdik".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"ABŞ-da baş tutan görüşlərin (Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 1-4 mayda keçirilmiş görüşləri nəzərdə tutulur - "Report") əsas mənası Sülh müqaviləsi ətrafında aparılan danışıqlardır", - o, bildirib.

"Məlum olduğu kimi Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib. Hələ 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. 2022-ci ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürmüşdü, nəhayət 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılmışdı. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqton görüşlər olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilməmişdi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıtdı və 4 günlük müzakirələr oldu. Müzakirələr sülh müqaviləsi ətrafında idi", - nazir əlavə edib.

Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi bir sıra vacib məsələləri özündə ehtiva edir:

"Biz tam razılaşma barədə təbii ki, danışa bilmərik. Tərəflər arasında kifayət qədər fərqlər də qalmaqdadır. Ancaq bəlli bir maddələr üzrə razılaşma oldu. Belə desək, biz bir addım irəli getdik. Biz prosesə realist yanaşmalıyıq".



Xəbərin oxunma sayı : 643




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap