Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dünyada internet 1 gün işləməzsə... - İqtisadiyyat 51 milyard dollar itirə bilər

Tarix 05.10.21, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


"Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib. "NetBlocks" şirkətinin hesablamalarına görə, "Facebook", "İnstagram", "WhatsApp və "Facebook Messenger"-in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi".

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov sosial şəbəkədəki hesabında yazıb. Onun sözlərinə görə, "NetBlocks" şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalar görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmaza o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. 

"Sadəcə "Facebook"un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər",-deyə iqtisadçı vurğulayıb.

Qeyd edək ki, NetBlocks şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar həcmində aktivləri olan "Facebook" şirkətinin səhmləri 5 faizə yaxın ucuzlşaraq hazırda 326 dollara təklif olunur.



Xəbərin oxunma sayı : 868




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap