Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyanın ən bahalı futbolçusu açıqlanıb - SİYAHI

Tarix 05.01.23, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Araşdırma 75 liqadan ümumilikdə 30 000 oyunçu arasında aparılıb.

Yekun nəticəyə əsasən, İngiltərə millisinin və Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumameylli yarımmüdafiəçisi Cud Bellingem ən bahalı futbolçu olub. Onun transfer qiyməti 208,2 milyon avro olaraq qiymətləndirilir.

İlk “üçlük”də həmçinin İngiltərənin “Mançester Siti” klubunun vingeri Fil Foden (200,5 milyon avro) və Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe (190,7 milyon avro) yer alıb.

Reytinqdə “ilk 10-luq” aşağıdakı kimidir:

1. Cud Bellingem (İngiltərə, “Borussiya” Dortmund) - 208,2 milyon avro
2. Fil Foden (İngiltərə, “Mançester Siti”) - 200,5 milyon avro
3. Kilian Mbappe (Fransa, PSJ) - 191,7 milyon avro
4. Vinisius Junior - (Braziliya, “Real Madrid”) - 190,5 milyon avro
5. Erlinq Holan - (Norveç, “Mançester Siti”) - 174,9 milyon avro
6. Pedri (İspaniya, “Barselona”) - 170,2 milyon avro
7. Qavi (İspaniya, “Barselona”) - 147,6 milyon avro
8. Camal Musiala (Almaniya, “Bavariya”) - 145,1 milyon avro
9. Yoşko Qvardiol (Xorvatiya, “Leyptsiq”) - 125,8 milyon avro
10. Federiko Valverde (Uruqvay, “Real Madrid”) - 123,5 milyon avro

Qeyd edək ki, PSJ-nin hücumçusu Lionel Messi və “Əl-Nəsr”in forvardı Kriştianu Ronaldu ilk “100-lük”dən kənarda qalıb.



Xəbərin oxunma sayı : 877




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap