Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dövlət Baxçalının qəhrəman elan etdiyi məşhur mafiya lideri azadlığa çıxdı - FOTO

Tarix 30.10.21, 23:26

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Kocaeli şəhərində F Tipli həbsxanada saxlanılan “yeraltı dünya”nın məşhur adlarından Kürşat Yılmaz azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, K.Yılmaz təhlükəsizlik səbəbi ilə gecə yarısından sonra sərbəst buraxılıb.

30 oktyabr 2005-ci ildən "cinayət təşkilatı yaratmaq və rəhbərlik etmək, talama, hədə-qorxu gəlmək, qəsdən xəsarət yetirmə" kimi cinayətlərdən 66 il 3 ay 15 gün həbs cəzasına məhkum edilən K.Yılmazın daha sonra yenidən məhkəməsi keçirilib.

32 illik həbs cəzasına məhkum edilən K.Yılmaz bəraət alıb.

Açıklama yok.

Kürşat Yılmazın vəkillərinin 2021-ci ildəki müraciəti ilə dosyedəki bəzi cinayət əməllərinin yenidən mühakimə olunması tələbi qəbul edilib və o, 32 illik cəzadan bəraət alıb.

Kürşat Yılmazın vəkili Həsən Özay onun azadlığa buraxılması ilə bağlı bu açıqlamanı verib: “O, təhlükəsizlik baxımından gecə yarısından sonra sərbəst buraxılıb. Saat 08:00-da gözləyirdik, amma evakuasiya belə oldu. O, 2005-ci ildən bəri 17 ildir ki, həbsdədir. Onun son həbs cəzası 66 il idi. Bu ilin may və iyun aylarında apardığımız hüquqi mübarizənin nəticəsində qanunsuz cəzanın 35 illik hissəsi yenidən məhkəmə baxışı, bəraət hökmü və qətiyyətlə ləğv edilib. Qalan cəzaya gəlincə, vaxtında və qanunauyğun azadlığa buraxılıb. Başqa səbəb yoxdur. Bu qərar iyun ayında qəbul edilib. İyun ayından bu müddətin bitməsini gözləyirik”.

Açıklama yok.

Kürşat Yılmazın vəkili onun adının FETÖ ilə hallanması haqqında da danışıb: “Həbs müddətində və azadlığa çıxması ilə bağlı hüquqi prosesdə də mübarizəmiz qətiyyətlə davam edib. Bu cəzaların da ədalətsiz olduğunu düşünürük. Müvəkkilim 2005-ci ildən FETÖ ilə açıq mübarizə aparır. O, bu mübarizəsinə görə 2005-ci ildə həbs olundu və çox təəssüf ki, FETÖ-nün hakim olduğu, FETÖ-nün mühakiməsinin üstünlük təşkil etdiyi dönəmdə həm İstanbul məhkəməsində, həm də kassasiya məhkəməsində onun barəsində hökmlər verilib və yekunlaşdırılıb. O, bu gün azadlığa buraxılıb. Onu təbrik edirik. FETÖ iddiası ilə həbs olunsa da, onun vətəninə, millətinə, dövlətinə zərrə qədər kin-küdurəti olmayıb. Vətənini, millətini, dövlətini sevir və ona sadiqdir.

Bu hökm çıxarıldıqdan sonra Kürşat Yılmaz təhlükəsizlik səbəbilə gecə yarısı həbsdən buraxılıb. Kürşat Yılmazazadlığa çıxmasından sonra Kocaelinin Kandıra səmtindəki anasının evinə getdiyi öyrənilib.

 Açıklama yok.

KÜRŞAT YILMAZ KİMDİR?

1980-ci ildə 12 sentyabr çevrilişindən əvvəl Ülkücü Gənclik Dərnəyinin (ÜGD) səlahiyyətli şəxslərindən biri olan Kürşat Yılmaz, polis məmuru Tülay Çetinlə sürpriz evlilik etdikdən sonra yenidən gündəmə gəlib. Qısa müddət sonra adı iki qətldə hallanıb və həbsxanada olarkən xüsusi icazə ilə evlənib. Yılmaz ilk olaraq Banker Kastelli kimi tanınan Cevher Özdenin vurulması ilə gündəmə gəlib. 1999-cu il aprelin 17-də Türkiyəyə ekstradisiya edilərək Kartal Xüsusi Tipli qapalı həbsxanasına salınan Yılmazın Kuşadasının keçmiş Bələdiyyə Başçısı Lütfi Suyolcunu qətlə yetirən tətikçi Fırat Ərdoğanı ödürtdürməsi səbəbilə həbs cəzası artırılıb.

1999-cu il iyulun 15-də ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, bir müddət əvvəl MHP lideri Dövlət Baxçalı Kürşat Yılmaza “qəhrəman” deyərək Türkiyə hakimlərindən onun üçün əfv istəmişdi.






Xəbərin oxunma sayı : 991




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap