“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dövlət Xidməti tender keçirmədən 7 satınalma müqaviləsi imzaladı - 5,8 milyonluq

Tarix 04.08.25, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tender müsabiqəsi keçirmədən 2 şirkətlə 7 satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilələrin 6-sı “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı (VÖEN – 1405307691), 1-i isə “Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC (VÖEN – 1403196411) ilə bağlanıb.

Qeyd edək ki, “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı ilə bağlanan satınalma müqavilələrin ümumi dəyəri 5,5 milyon manata yaxın olub:
- Tuğ kəndi yaşayış məntəqəsinin tikintisinə müəllif nəzarəti xidməti – 40 min 651 manat;
- Hadrut kəndi yaşayış məntəqəsinin tikintisinə müəllif nəzarəti xidməti – 41 min 524 manat 20 qəpik;
- Tuğ yaşayış məntəqəsinin işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi – 1 milyon 304 min 166 manat 8 qəpik;
 - Hadrut yaşayış məntəqəsinin işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi – 1 milyon 662 min 043 manat 87 qəpik;
- Füzuli şəhərində inzibati binanın işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi – 1 milyon 361 min 953 manat 12 qəpik;
- Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi – 1 milyon 43 min 624 manat 78 qəpik.
“Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC ilə bağlanan müqavilənin dəyəri isə 319 min 488 manat 54 qəpik olub.
Məlumat üçün bildirək ki, “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı 2020-ci ildə yaradılıb. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsində yerləşən şirkətin qanuni təmsilçisi Ahmet Hakan Turan adlı şəxsdir.
“Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC isə 2015-ci ildə yaradılıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 24 göstərilib. Şirkətə Quliyeva Afaq Şükür qızı rəhbərlik edir.



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap