Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dövlətin 4,2 milyardlıq aktivlərinin taleyi necə olub? - Azərbaycan Sənaye Korporasiyası hesabatlarını gizlədir...

Tarix 22.09.21, 10:11

Font ölçüsü : - / +
bitmap-img6


"2017-ci ilin dekabrında 3 milyard 854,3 milyon manat, 2019-cu ilin aprelində isə 489,3 milyon dəyərində aktivləri balansına qəbul etmiş Azərbaycan Sənaye Korporasiyası (ASK) illik birləşdirilmiş maliyyə hesabatlarını açıq-aşkar gizlədir".

Bunu səhm bazarı üzrə ekspert Hafiz Babalı bildirib. Onun sözlərinə görə, etibar olunmuş dövlət əmlakının səmərəli istifadə olunması ilə bağlı ciddi şübhələr var. 

Ekspert qeyd edir ki, ASK öz internet saytında tərkibində olan 50-dən çox hüquqi şəxsin cəmi 16-sı barədə məlumat verir: "2019-cu il üzrə bunlardan 4-nün maliyyə hesabatı açıqlanıb. Onların da maliyyə durumu acınacaqlıdır. "Azəralüminium" MMC alüminium satışından deyil, sair əməliyyat gəlirləri hesabına mənfəət qazanıb, "Azərpambıq ASK" MMC pambığın dünya bazarında yüksək qiymətləri hesabına 3,5 milyon manat xalis mənfəət götürüb, "Azəripək" MMC, "ASK Ayaqqabı Fabriki" MMC isə zərərlə işləyib".

H.Babalı xatırladır ki, həmin aktivlər Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş kreditlər hesabına toksik duruma gəlmişdi. 

"Bank dövlətdən milyardlarla dollar yardım aldı, problemi dövlətin üstünə atdı",-deyə ekspert vurğulayıb.

Ekspert əlavə edir ki, ASK nizamnaməsinin 5.8-ci bəndində görə Müşahidə Şurasının (MŞ) iclaslarını Şura sədri 3 ayda bir dəfədən az olmayaraq çağırır. Sonuncu dəfə MŞ aprel ayının 21-də toplaşıb.

H. Babalının sözlərinə görə, gərgin iş qrafiki olan MŞ üzvlərini bir araya yığmaq asan məsələ deyil: "ASK-nın müəssisələrinin xilasının isə bir yolu var: balansdakı şirkətləri ən qısa zamanda investorlara təklif etmək. Təbii, məqsəd onları sonadək batırmaq deyilsə..." (AzPolitika.info)



Xəbərin oxunma sayı : 826




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap