Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dərslikdə 20 yanvar rəzaləti: Təhsil Nazirliyi hara baxır? (FOTO)

Tarix 18.01.22, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


4-cü sinif rus bölmələrinə keçirilən “Rus dili” dərsliyində Azərbaycan tarixinin şanlı səhifəsi olan 20 yanvarda sovet-rus qoşunlarının xalqımıza tutduğu amansız vəhşilik tamamilə fərqli formada, təhrif olunaraq təqdim edilib və gələcək nəsillərə tam yanlış formada çatdırılır. AzFakt.com yenicag.az-a istinadən xəbər verir ki, tarixin saxtalaşdırılması Azərbaycan Təhsil Nazirliyinin hazırladığı kitabda öz əksini tapıb.

Cənab Əmrullayev bunu da görməyib…



Kitabda qeyd edilib ki, guya 20 yanvar 1990-cı il sovet-rus qoşunları xalqı faciədən xilas edib. Şagirdlərə Bakı küçələrində AXC silahlı dəstələri ilə toqquşma nəticəsində 170 nəfərin öldüyü, 400 nəfərin yaralandığı öyrədilir.

Hansı ki, o zaman insanlar sovet-rus qoşunlarının şəhərə girib qanlı olaylar törətməməsi üçün əliyalın dinc aksiyalar keçirib. Hətta şəhərdə istənilən və gözlənilən təxribatların qarşısını almaq üçün AXC və aksiya iştirakçılarından ibarət könüllü dəstələr yaradılıb.

Çünki artıq SSRİ KQB-si Azərbaycan xalqının erməni faşizminə və işğalına qarşı qoyduğu vahid və qətiyyətli mövqeyi qırmaq və xalqın diqqətini Qarabağdan yayındırmaq üçün yanvarın 13-dən etibarən Bakıda süni iğtişaşlar yaratdı.

Dərslikdə qeyd edildiyinin əksinə olaraq, AXC və milli-azadlıq hərəkatının üzvləri hər vəchlə erməni maraqlarına xidmət edən Moskvanın və hakimiyyətin törətdiyi bu iğtişaşların qarşısını almağa çalışırdı. Bax, beləcə öz əlimizlə heç də uzaq olmayan tariximiz gözümüzün qarşısında saxtalaşdırılır. Tarixin saxtalaşdırılması Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, 4-cü sinif rus bölmələrinə keçirilən “Rus dili” dərsliyində Azərbaycan tarixinin saxtalaşdırılması barədə jurnalist Mürtəza Bünyadlı sosial şəbəkədə paylaşım edib.



Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap