“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Dostunun şəhid olmasında özünü günahkar sayır: “Hər il eyni ağrını yaşayıram“

Tarix 20.01.26, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


İlqarı evdən çölə çıxartdığıma görə peşmanam, hər il 20 Yanvar günü eyni ağrını yenidən yaşayıram”.

AzFakt.com xəbər verir ki, bu sözləri 20 Yanvar faciəsinin şahidi Zakir Qurbanov Baku TV-yə müsahibəsində deyib. O, dostunun ölümünə görə özünü günahkar saydığını bildirib.

Z.Qurbanovun sözlərinə görə, faciənin baş verdiyi gün dostları İlqar və Pərvizlə birlikdə "Zaporojets" markalı avtomobillə əraziyə odun aparmaq üçün yola çıxıblar.

Şahid bildirib ki, odun yığarkən tanışları Nazim də avtomobillə gəlib və onları "Qələbə dairəsi" istiqamətinə aparmağa razılaşıb. Yolda olarkən gördükləri qırmızı işıqları əvvəlcə fişəng zənn etsələr də, daha sonra bunun işıqsaçan güllə olduğunu anlayıblar.

"Qələbə dairəsi"nə yaxınlaşanda tankın yük maşınını əzdiyini görüblər. Bir qədər sonra isə tank onların avtomobilinə tərəf yönəlib. Təhlükəni hiss edən Zakir Qurbanov maşından atılıb, dostları da düşməyə çalışıblar.

Tank avtomobilin üzərindən keçsə də, onlar möcüzə nəticəsində sağ qalıblar. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşmağa çalışıblar. Bu zaman atəş yenidən intensivləşib. Zakir İlqarın ayaqlarının bir-birinə dolaşdığını görərək onu qucaqlayıb və əlləri gödəkçəsinin üzərindəki qana dəyib.

Şahid bildirib ki, təsadüfən yoldan keçən "QAZ-24" markalı avtomobil onları götürərək "Semaşko" xəstəxanasına aparıb. Bir az sonra isə İlqarın həyatını itirdiyi məlum olub.




Xəbərin oxunma sayı : 871




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap