Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Emin Topçiyevin direktoru olduğu daha 3 şirkət ləğv olunur – Təfərrüat

Tarix 27.01.23, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


“Digital Sharks” MMC (VÖEN - 1404117811), “Ecofarm” MMC (VÖEN- 1403583361) və “Vınoteka” MMC (VÖEN- 1403564941) ləğv olunduqlarını elan ediblər.

Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, Neftçilər prospekti, ev 153 ünvanı aktivlərinə görə ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”in də hüquqi ünvanıdır.
Ləğv olunduqlarını elan edən şirkətlərdən 2-i  - “Ecofarm” ilə “Vınoteka” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıblar. Nizamnamə kapitalları 1000 manat olan və hüquqi ünvanları Nəsimi rayonu, Süleyman Rüstəm, ev 9-da yerləşən hər iki şirkətin qanuni təmsilçisi Topçiyev Emil Namik oğludur.
“Digital Sharks” MMC isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC digər iki şirkətlə eyni hüquqi ünvanda yerləşir. Bu şirkətin də rəhbəri Emil Topçiyevdir.

Onu da qeyd edək ki, ötən il Emil Topçiyevin rəhbərlik etdiyi “Xəzər Qolden Biç” MMC (VÖEN- 1200012961) fəaliyyətinə xitam verilərək “Mərdəkan Sahil Evləri” MMC-yə (VÖEN-1405690291) qoşulduğunu elan etmişdi.
“Xəzər Qolden Biç” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xəzər rayonu, Mərdəkan ŞTQ, Sahil Çimərliyində yerləşən MMC-nin nizamnamə kapitalı 710 min manat təşkil edir.
“Mərdəkan Sahil Evləri” MMC isə 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşən MMC-nin nizamnamə kapitalı 1 milyon 626 min manat təşkil edir.
Ləğv olunan şirkətlərlə bərabər Emil Topçiyev ötən ilin iyul ayında dövlət qeydiyyatına alınan “Tenera” MMC-nin (VÖEN – 2007490131) də direktoru olub.

Məlumat üçün onu da bildirək ki, adı çəkilən şirkətlərə rəhbərlik edən Emil Topçiyev eyni zamanda AMEA-nın vitse-prezidenti Nərgiz Paşayevanın qızı Aidə Mahmudova tərəfindən təsis olunan “YARAT Müasir İncəsənət Məkanı” İctimai Birliyinin direktorudur. 
Topçiyev həm də 2018-ci ildə dövlət qeydiyyatına alınan "Azərbaycan Somelye Gildiyası" İctimai Birliyinin qanuni təmsilçisidir. "Azərbaycan Somelye Gildiyası"nın məqəsdi şərab və şərabçılıq məhsulları istehsalçıları və satıcıları arasında fəaliyyəti əlaqələndirməkdir.
Emil Topçiyev ötən ilin oktyabr ayında “Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə” Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.



Xəbərin oxunma sayı : 460




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap