| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Ermənistan vətəndaşlarına son söz verildi: “Üstümdə silah olub, amma atəş açmamışam“
Tarix 11.12.25, 21:51 |
|
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 11-də davam etdirilib.
AzFakt.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında tərəflərə replika hüququndan istifadə etmək imkanı yaradılıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev replikasında əvvəlcə təqsirləndirilən şəxslərin cinayətkar birlikdə rollarının mübahisələndirilməsinə dair hissə barədə danışıb.
Xatırladıb ki, müdafiə tərəfinin fikrincə, cinayətkar birlik dünya təcrübəsinə əsasən, kriminal cinayətlərin törədilməsi üçün yaradılır.
Dövlət ittihamını müdafiə edən prokurorun sözlərinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki, Birinci Qarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd edilən cinayətkar dəstələr Ermənistan tərəfindən formalaşdırılmağa başlanmışdı: "Doğrudur, tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, həmin dəstələr həqiqətən də Ermənistan rəhbərliyi tərəfindən dəstəklənib və silahlandırılıb. Lakin sonradan biz gördük ki, həmin silahlı dəstələrin rəhbərləri və üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumda və Ermənistanda mühüm siyasi və hərbi postlar tutdular. Yəni, həmin dəstələr təsadüfi, özbaşına birliklər deyildi və sonradan da Azərbaycan ərazilərini işğal edən cinayətkar ordunun tərkib hissələrinə çevrildilər.
Təqsirləndirilən şəxslərə gəldikdə, onlardan məsələn, David Manukyan Şuşa batalyonunun üzvü, Davit İşxanyan "28-ci Martuni" batalyonunun komandiri olub. Hansı ki, bu və digər batalyonlar məhz qeyd edilən qanunsuz dəstələrin adının dəyişmiş, daha mütəşəkkil və hərbiləşdirilmiş forması olub".
Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqət olmaqla məhkəmə iclasında təqdim edilmiş çoxsaylı sübutlar təsdiq edilsə də, bu fakt onun formalaşdırdığı cinayətkar birliyin əsas fiqurlarından olan hazırkı təqsirləndirilən şəxslərin məsuliyyətini azaltmır, onları məsuliyyətdən azad etmir.
"Çünki qeyd edilən çoxsaylı cinayətlər məhz Ermənistanın hərbi və siyasi rəhbərliyinin təşkilatçılığı və dəstəyi ilə törədilsə də, hazırkı təqsirləndirilən şəxslərin müxtəlif vaxtlarda qoşulduğu cinayətkar birliyin də iştirakı ilə törədilib. Müəyyən vaxtlarda isə hazırda ittiham edilən şəxslərin bir qismi formal olaraq da Ermənistan dövlətinin hərbi və ya siyasi rəhbərliyində yer tutublar. Yəni, bu mənada, işğalın təşkilatçılığı, həyata keçirilməsi və saxlanması kontekstində Ermənistan dövləti və qondarma qurum vahid orqanizm kimi fəaliyyət göstərib", - deyə dövlət ittihamçısı əlavə edib.
O, daha sonra bildirib: "Məhkəmə istintaqında tədqiq olunan Davit İşxanyanın döyüş yolundan bəhs edən videomaterialdan görünür ki, Şuşaya hücum zamanı ona verilən tapşırıq köməyə gələn Azərbaycan Ordusunun qarşısını almaq idi. Yəni, o özü bilavasitə Şuşaya hücumda fiziki iştirak etməsə də, hərəkətləri ilə həmin hücuma zəmin yaradıb, yaxud hücumun qarşısının alınması ilə bağlı tədbirlərə imkan verməyib. Bu, tipik cinayətkar birliyin xüsusiyyətidir. Eynilə, Kəlbəcərdə hansısa kəndin işğalında iştirak edən, yolun bağlanması üçün post quran David Manukyan, Ağdamın kəndlərində qurulan postlarda əlində silah duran Melikset Paşayan, Qubadlı, Zəngilan və Ağdam rayonlarının işğalı zamanı artilleriya dəstəyi göstərmiş Lyova Mnatsakanyan, Ağdərə, Kəlbəcər və Tərtər rayonlarının işğalı zamanı, eləcə də Xocalının işğalında iştirak etmiş Madat Babayan və digərləri müvafiq olaraq ərazilərin işğalında təqsirlidirlər".
Dövlət ittihamçısı vurğulayıb ki, bütün hüquqi gerçəkliklərə bələd olmalarına baxmayaraq hazırkı təqsirləndirilən şəxslər cinayətkar birliyin qeyd edilən vahid məqsədlərinə (Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin Ermənistana birləşdirilməsinə - red.) çatmaq uğrunda öz üzərlərinə götürdükləri "funksiyalarını" icra ediblər.
V.Əliyev çıxışının davamında Arkadi Qukasyanın müdafiəçisinin çıxışı ilə bağlı da ittiham tərəfinin mövqeyini bildirib: "Arkadi Qukasyanın müdafiəçisinin qeyd etdiyi kimi, onun jurnalist olması avtomatik şəkildə cinayətkar olması demək deyil, onun jurnalist fəaliyyəti siyasi tramplin olmayıb. O, məhz cinayətkar birliyin qeyd edilən məqsədlərinə çatmaq üçün üzərinə düşən "funksiyaları" icra etməklə cinayətkar birliyin digər üzvləri tərəfindən digər zorakı cinayətlərin törədilməsini asanlaşdırdığına görə, hakimiyyəti zorla ələ keçirmə cinayət əməlini törətdiyinə və sair əməllərinə görə məsuliyyətə cəlb edilib".
V.Əliyev daha sonra deyib: "Davit Allahverdiyan, David Babayan və digər təqsirləndirilən şəxslərin Birinci Qarabağ müharibəsi dövründə yaşlarının az olması ilə bağlı və sair fikirlər səsləndirilsə də, nəzərə alınmalıdır ki, qeyd olunan dövrə dair həmin şəxslərə ittiham elan edilməyib".
Zərərçəkmiş şəxslərin nümayəndəsi Şaiq Hüseynov çıxışında deyib ki, müdafiəçilərin mütləq əksəriyyətinin müdafiə nitqi formal mülahizələrə əsaslanıb: "Təkcə təkzibedilməz bir faktı qeyd etmək yetərlidir ki, iş üzrə təqsirləndirilən şəxslərin istisnasız olaraq hamısı tərk-silah edilməklə saxlanıldığı zaman ya onların üzərində, ya da yaşayış yerində aparılmış axtarış zamanı müxtəlif növ silah və döyüş sursatı aşkar edilərək götürülüb".
Vəkil bildirib ki, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, demək olar hamısının törətdikləri əməldən səmimi peşmanlıq hissi keçirmədiyini nümayiş etdirmələri də nəzərə alınmalıdır.
Ş.Hüseynov dövlət ittihamçılarının təklifi nəzərə alınmaqla, təqsirləndirilən şəxslərin barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Zərərçəkmişlərin digər nümayəndələri Aydın Hacıyev çıxışında təqsirləndirilən şəxslərə ədalətli cəza verilməsini məhkəmədən xahiş edib: "Təqsirləndirilən şəxslərə ədalətli cəza təyin etməklə, eyni zamanda, zərərçəkmiş şəxslərin hüquqları qismən də olsa bərpa edilmiş olar. Çünki onların konstitusion hüquqları, yaşamaq hüququ, təhlükəsizlik hüququ, mülkiyyət hüququ, mənzil hüququ, təhlükəsiz yaşamaq hüququ kimi hüquqları Ermənistan silahlı qüvvələrinin və təqsirləndirilən şəxslərin birbaşa fəaliyyətinin nəticəsi olaraq pozulub".
Zərərçəkmişlərin digər nümayəndəsi Rauf Abdullayev çıxışında təqsirləndirilən şəxslərin layiqli cəzaya məhkum olunmalarını məhkəmədən xahiş edib.
Daha sonra replika hüququndan istifadə etmək üçün söz müdafiə tərəfinə verilib.
Təqsirləndirilən şəxs Vasili Beqlaryanın müdafiəçisi Vüqar Heydərov beynəlxalq məhkəmə qərarlarına istinad edərək deyib ki, əgər şəxsin istintaqda verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət varsa, məhkəmə istintaqı zamanı verdiyi ifadə üstün götürülməlidir: "İbtidai istintaq zamanı verilmiş ifadə müstəntiq tərəfindən sübut toplama prosesidir. Ona görə də məhkəmə istintaqı üstün götürülməlidir".
O, müşavirə otağında qərar qəbul edərkən müdafiə etdiyi şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsas götürməyi məhkəmədən xahiş edib.
Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov bildirib ki, ittiham tərəfi iştirakçılıqla bağlı halları düzgün qiymətləndirməyib, tövsif düzgün edilməyib.
Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova məhkəmənin qanunçuluq, ədalət prinsiplərini əsas tutacağına inandığını deyib. O, A.Qukasyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən David Manukyanın müdafiəçisi Dmitriy Zinçenko müdafiə etdiyi şəxsin vaxtilə hərbi qulluqçu olduğunu, əmrləri icra etdiyini deyib. O, D.Manukyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs Davit İşxanyanın müdafiəçisi Aqşin Məmmədli, təqsirləndirilən şəxs Arayik Harutyunyanın müdafiəçisi Anar Məmmədov, təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisi Nigar Mirbabayeva da replikalarında ittiham tərəfinin replikaları ilə bağlı öz arqumentlərini səsləndiriblər.
Replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxslərə son söz verilib.
Sədrlik edən Z.Ağayev bildirib ki, təqsirləndirilən şəxs son sözünü söyləyərkən onlara suallar verilməsinə yol verilmir.
Təqsirləndirilən Levon Balayan çıxışında təqsirli olmadığını deyib və əlavə edib: "Mənim üstümdə silah olub, amma adamlara atəş açmamışam, atəşlər havaya açılıb".
Təqsirləndirilən şəxs Madat Babayan adam öldürmədiyini, təkcə havaya atəş açdığını bildirib.
Təqsirləndirilən şəxs Qarik Martirosyan özünü təqsirli hesab etmədiyini bildirib.
Təqsirləndirilən Melikset Paşayan qeyd edib ki, əvvəllər də dediyi kimi, Ağdamın kəndlərində olub, lakin orada döyüş əməliyyatlarında iştirak etməyib. Əlavə edib ki, 2023-cü ildə üç ay postda olub.
Təqsirləndirilən Davit Allahverdiyan heç bir cinayət törətmədiyini, qanunlara tabe olduğunu söyləyib.
Təqsirləndirilən şəxs Qurgen Stepanyan özünü təqsirli hesab etmədiyini bildirib.
Təqsirləndirilən Erik Qazaryan 2021-2023-cü illərdə Ermənistan silahlı qüvvələrinin əsgəri olduğunu, xidmət dövründə hərbi xidmət borcunu yerinə yetirdiyini, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı özünü təqsirli bilmədiyini deyib.
Təqsirləndirilən Vasili Beqlaryan heç bir cinayət törətmədiyini, cinayətkar qrupun üzvü olmadığını, özünü təqsirli hesab etmədiyini söyləyib.
Təqsirləndirilən David Manukyan çıxışında ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib.
Məhkəmədə fasilə elan olunduğundan, onun son söz çıxışı növbəti məhkəmə iclasında davam etdiriləcək.
Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Xəbərin oxunma sayı : 559
Hadisə
Xəbərlər
-
“2019-2023-cü illərdə Türkiyə İsrailin ən böyük ticarət tərəfdaşlarından olub“ - “Al Jazeera“
-
Vəhdət Partiyası 150 şəhidin şəkli ilə yürüşə çıxdı - FOTOLAR
-
Azərbaycan Ukraynaya 1 milyonluq yardım göndərdi - Fotolar
-
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib - VİDEO
-
Prezident İlham Əliyev Aleksandr Stubb ilə görüşdü - FOTOLAR
-
Yüzlərlə həyatı xilas edən müəllimin Xankəndidə davam edən həyat yolu - VİDEO
-
Sabirabadda 16 yaşlı gəlinin qətli ilə bağlı YENİ DETALLAR
-
Prezident Davosda Məsrur Bərzani ilə görüşdü - FOTO
-
20 Yanvar faciəsinin təşkilatçıları - Onların heç biri həyatda yoxdur
-
Moskvada restoranlar kütləvi şəkildə bağlanır - SƏBƏB
-
Əhaliyə texniki kartof satılır? - ARAŞDIRMA
-
Tramp sosial media hesabında Qrenlandiyanı “fəth etdi” - Foto
-
Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi - Fotolar
-
Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama
-
Kəskin hava şəraiti ilə bağlı əhaliyə daha bir - Çağırış
-
Bakı metrosunda interval azaldılacaq? - RƏSMİ
-
Prezident Davosda “Euronews“ televiziyasına müsahibə verib - FOTOLAR
-
“Tankların kölgəsi altında Azərbaycan xalqının iradəsi sınmadı“ - İsrail səfirliyi
-
Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanında - FOTOLAR
-
“Yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir” – Xəbərdarlıq
-
Nazir İranda olan Azərbaycan vətəndaşlarından danışdı - “Mütəmadi fəaliyyətdəyik“
-
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - FOTO
-
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - Video
-
Nigeriyada kilsəyə hücum edildi - 171 dindar qaçırıldı
-
Sabirabadda uçan körpü niyə bərpa edilmir? - VİDEO
-
Makron Trampın Sülh Şurasına qoşulmaq təklifini rədd edəcək - Makron
-
İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib - VİDEO
-
20 Yanvar tarixi - azadlığa aparan yol
-
Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir
-
Prezidentdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda arı ailələri niyə məhv olur? - VİDEO
-
Sumqayıtda “alma ovu“na çıxan məmur harada işləyir? - VİDEO
-
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi - FOTO
-
Bu balıq çeşidlərində azalma, qiymətlərində isə artım müşahidə olunur - VİDEO
-
“İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb“ - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
-
Son bir ildə bankların kreditləri nə qədər artıb? - SİYAHI
-
Toplu SMS satan sirrli “L-SİM” şirkəti - 127 min manatlıq sanksiya, qanunvericiliyin pozulması
-
AZAL-da şübhəli maliyyə oyunları: Dövlətə borc qaytarmır, başqasına faizsiz pul paylayır...
-
İlham Əliyev Davosda “Vestas Wind Systems“ şirkətinin rəsmisi ilə görüşüb - FOTOLAR
-
“Mir Dent” klinikasında qanunsuz fəaliyyət - Fərid Hüseynin diplomu və sertfikatı yoxdur
-
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
-
Azərbaycanda ötən il dənizlə daşınan yüklərin 47%-i neftin payına düşüb - STATİSTİKA
-
Prezident İlham Əliyev Davosda görüş keçirdi - FOTOLAR
-
“Qaçmaq nədir? Məni ora əməkdaşlığa dəvət etmişdilər” - Nəsimi Nəbizadə
-
Elm və Təhsil Nazirliyində 3,4 milyonluq tender: Nazirlik mövcud sistemlərə niyə hər il milyonlar xərcləyir?..
-
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb - FOTOLAR
-
Azərbaycanda nikah və boşanmaların sayı azalıb - Statistika
-
Baş Prokurorluğun kollektivi Şəhidlər xiyabanında - FOTOLAR
-
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi, yeni tapşırıqlar verdi - VİDEO
-
Həmin mərkəzlə bağlı faktlar üzə çıxdı - Zorla saxlanılırmış
-
Suriya ordusu ilə SDQ arasında döyüşlər davam edir - Ölənlər və yaralananlar var
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
-
Müasir tariximizin ən faciəli günlərdən olan 20 Yanvar hadisəsindən 36 il keçir
-
Amnistiyaya düşən şəxs həyat yoldaşını boğmağa cəhd etdi - QALMAQAL
-
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
-
“Qurtuluş” Reabilitasiya Mərkəzində yoxlama - Cinayət işi açılıb
-
Toy edənə toy tuturlar - Şadlıq evlərində kəskin bahalaşma var
-
Azərbaycanda universitet məzunlarının ən çox işə düzəldiyi yer supermarketdir - RƏSMİ
-
Keçən il 5 vəkil kollegiyadan xaric edilib - 10-nun fəaliyyəti dayandırılıb
-
Prezident İlham Əliyev İsveçrəyə getdi - Davos Forumunda iştirak edəcək
-
Sabah bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq - Xəbərdarlıq
-
Azərbaycanda nikah və boşanmaların sayı azalıb - STATİSTİKA
-
Xarici prodüserlərə güzəşt - Xərcləri geri ödəniləcək
-
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
-
Maşın bazarında bahalaşma - Güzəştin ləğvi qiymətlərə təsir etdi (VİDEO)
-
İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı - VİDEO
-
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
“Ağrıdan huşumu itirdim, yalvardım...” - Sahibkar xanım “Liv Bona Dea“ -da qəddarlıqla üzləşib
-
Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirdi - FOTOLAR
-
Bu mallarla bağlı yeni cərimə gəlir - 2500 manata qədər
-
Sülüeyman Mikayılov mart ayında vəzifədən alınacaq - Əzizovun yaxın adamı başçı gətirilir
-
“Appro Hospital”da 1 saatda 5 ölüm halı…- “Xəstəxana deyil, qəssabxanadır”
-
Bu şəxslərə iki dəfə çox maaş ödəniləcək - Deputat açıqladı
-
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
-
Maşınların cərimə meydançasına aparılma qaydası:nələr dəyişir?
-
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur
-
İrandan gələn yük maşınında 39 kq heroin aşkarlanıb - FOTOLAR
-
Şiddətli geomaqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
“Azərlotoreya” gənclərimizi və gələcəyimizi hara sürükləyir? - Qumarın “əlli çaları”
-
Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası təsdiqləndi - DETALLAR
-
Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində - FOTOLAR
-
“Ali rəhbərə qarşı sui-qəsd cəhdi tammiqyaslı müharibə elan edilməsinə bərabərdir“ - Pezeşkian
-
Finalda böyük qalmaqal, Seneqal çempion oldu - VİDEO
-
Bakıda əmlak qiymətlərində yeni rekordlar: Bir kvadratmetr üçün 17 550 manat təklif olunur
-
Azərbaycanda ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
-
Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir-birinin üzərinə atır - VİDEO
-
Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum
-
Avtomobillərə tətbiq edilən güzəştin ləğvi maşın bazarında qiymətlərə təsir edib - VİDEO
-
Müştərilərə təklif olunan ucuz xidmət salonda baha başa gəldi - VİDEO
-
Suriyada atəşkəs əldə olunub - Hökumət neft yataqlarına nəzarət edəcək
-
İki rayonda zəlzələ baş verib, bəzi evlərə ziyan dəyib - VİDEO
-
MTK-sakin qarşıdurması: Evlər illərdir təhvil verilmir (VİDEO)
-
Azərbaycana xarici ölkələrdən 27 ədəd heykəl gətirilib - 2-sinin yaşı 100 ildən çoxdur
-
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsib - VİDEO
-
Veysəl Orucov Rusiya proyektidir? - Radikal təkfirçi ilə bağlı sensasiyalı video yayıldı
-
Almaniyalı hərbçilər Qrenlandiyanı təcili tərk etmək əmri alıblar - “Bild“
-
TƏBİB-in imtiyazlı xəstələr üçün açdığı boş apteklər - Xətai rayon sakinləri narazıdır
-
Evlərdən silsilə oğurluq edən şəxs tutuldu - Üzərindən psixotrop maddə çıxdı
-
Suriya ordusu Deyrizora nəzarəti təmin etdi - FOTOLAR
-
Bəzi rayonlarda qar yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA
-
Mürvət Həsənli canlı yayımda jurnalistləri və texnoloqu təhqir etdi - VİDEO
-
İranda ölənlərin sayı 5000-ə çatıb - “Reuters“
-
AYB-dən xəbərdarlıq: Fevralın 1-dək vaxt var, siyahı dərc olunacaq
-
Sabunçuda əməliyyat keçirildi - 10 kiloqrama yaxın marixuana aşkarlandı
-
İmişlidə 35 nəfərin adı keçən iş fırıldağı: Qayınata və gəlin necə aldandı?
-
ABŞ Ukrayna və Venesuelanı da “Sülh Şurası”nın nəzarətinə vermək istəyir - “Financial Times”
-
Binəqədidə evdə yanğın - 1 nəfər tüstüdən zəhərləndi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
-
Qar yağacaq, yollar buz bağlayacaq - Sabahın hava proqnozu
-
Etibar Pirverdiyevin bankının çöküşü: “Expressbank”ın 4-cü rübdə kapital itkisi 12 milyon AZN olub...
-
Makrondan Trampın qərarına reaksiya: “Avropa vahid şəkildə cavab verəcək”
-
Suriya Ordusu Tabka şəhərini SDQ-dən azad edib - Rakka istiqamətində irəliləyir
-
Birgünlük kirayə üçün 1 000 manat: Ziyafət geyimləri bazarında qiymət artımı (VİDEO)
-
Yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
-
“Etirazlar zamanı bir neçə min insan qətlə yetirilib” - Xamenei təsdiqlədi
-
Şamaxı-Qonaqkənd yolunda yenidən torpaq sürüşməsi: Hərəkət üçün təhlükə yaranıb
-
ABŞ Qəzza üzrə Sülh Şurasına daimi üzvlük üçün bir milyard dollar tələb edib - “Bloomberg“
-
Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?
TOP 10
ARXİV






