| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: “Dolabda dollar “paçka“ları var idi“
Tarix 08.05.26, 14:20 |
|
Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.
Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb.
Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.
İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb. Orxan Məmmədovun iş adamı olduğu deyilir.
İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.
"Etibar babanın evində nəyin harada olduğunu yaxşı bilirdim”
Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, körpəlikdən Bilgəh qəsəbəsində Etibar Məmmədova məxsus evdə ata-anası ilə birgə yaşayır: "Atam Ramil bağ evində bağbanlıq, anam isə xadiməlik edib. Burada böyüdüyüm üçün Etibar babaya məxsus bağ evində nəyin harada olduğunu yaxşı bilirdim.
İlk dəfə evin 3-cü mərtəbəsində yataq otağındakı dolabda, paltarların altında gizlədilmiş 2 "paçka"nın birindən 3 ədəd 100 dollar çıxardım. Ona görə cəmi 3 ədəd 100 dollarlıq əskinası götürdüm ki, əgər Zenfira xala pulu yoxlamaq istəsə, "paçka"dan 300 dolların əskik olduğunu hiss eləməsin.
Həmin gün dostlarım Rəhman və Ağaverdiyə zəng etdim, bildirdim ki, məndə bir qədər pul var, yeyib-içək.
Rəhman dedi, Məhəmməd adlı dostu bizi öz avtomobilində gəzdirsin, onun qəşəng qız tanışları da olur. Bu minvalla Məhəmmədin "Hyundai” markalı avtomobilində Rəhman və Ağaverdi məni Bilgəh qəsəbəsindəki Kardioloji sanatoriyanın qarşından götürdülər”.
"Bağda qızlarla yeyib-içdik”
Təqsirləndirilən şəxs deyib ki, Məhəmmədin Mərdəkan qəsəbəsində icarəyə götürdüyü bağ evində Sumqayıt şəhərindən gəlmiş 6 qızla yeyib-içib, əyləniblər: "Bir gün sonra Rəhmanla əlaqə saxlayıb onu Kardiologiya mərkəzinin qarşısında "Zəfəran” kafesində çay içməyə dəvət etdim. Rəhman, Məhəmməd və Aslan adlı dostlarım da kafeyə gəldilər. Söhbət əsnasında məndən soruşdular ki, iki gündə xərclədiyin pul haradandır?
Bildirdim ki, Etibar Məmmədovun evindən 300 dollar oğurlamışam. Ətraflı məlumat verdim ki, onun evinin yataq otağında paltar dolabının içərisində 2 "paçka" yüzlük dollar gizlədilib.
Bunu eşidən Məhəmməd qayıtdı ki, bir müddət əvvəl icarəyə avtomobil götürüb, ona pul lazımdır. Təklif etdi ki, evdən bir qədər də pul oğurlayım. O gün Etibar babanın evinə gedib daha 600 dollar götürdüm. Təxminən 2 saat sonra Məhəmməd və Rəhman Bilgəhdəki bələdiyyə binasının qarşısına gəldilər. Marketdə quraşdırılmış terminalda pulu Azərbaycan manatına çevirdik”.
Əlinin sözlərinə görə, pulu "Torqovı”da birlikdə xərcləyiblər: "Bu minvalla 2025-ci ilin müxtəlif günlərində evdən hissə-hissə ümumilikdə 19 000 dollar oğurladım. Təxminən 11 000 manatını Məhəmmədə xərclədim. Rəhmana isə 500 manatı əlbəəl verdim.
Aslana avtomobilinin təmiri üçün 1600 manat, Əlibaba adlı dostuma 800 manat vermişəm. Qalan pulları Məhəmməd, Aslan, Rəhman, Ağaverdi, Tamerlan və Əlibaba ilə birlikdə gecə klublarında və müxtəlif restoranlarda xərcləmişik”.
"Narahat olma, pul oğurlayacam”
Əli qeyd edib ki, 2025-ci il sentyabrın əvvəllərində Məhəmmədgil ona zəng edib bildiriblər ki, avtomobillə qəza törədiblər, təmirinə 1500 manat lazımdır: "Cavab verdim ki, narahat olma, Etibar babanın evindən pul oğurlayacam. Dəqiq tarixini bilmədiyim gündə səhv etmirəmsə, 1000 dollar götürdüm və Məhəmmədə verdim”.
Təqsirləndirilən şəxs deyib ki, Etibar Məmmədovun bacısının evində olan hovuzda dostları - Rəhman, Tamerlan, Aslan, Məhəmməd və Əlibaba ilə birlikdə əyləniblər: "Bir qədər sonra Məhəmməddən xahiş etdim ki, avtomobili versin, gedib mağazadan su alım. Bağ evindən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra təsadüfdən məni yol polisi saxladı. Avtomobil idarə etmək hüququm olmadığından maşın duracağa yerləşdirildi.
Bir gün keçmiş Məhəmməd əsəbi şəkildə zəng etdi və bildirdi ki, avtomobili duracaqdan çıxarmalıyıq, bunun üçün ona ümumilikdə 3450 manat lazımdır. 450 manat cərimə ödəməlidir, icarəyə maşını götürdüyü şirkətə isə 3000 manat verməlidir. Guya avtomobili mənə sürməyə verdiyinə görə şirkət onu 3000 manat cərimələyib.
Məhəmmədin bu tələbindən sonra yenidən həmin yerdən 2500 dollar götürdüm. Mən pulu evdən götürəndə dostum Məhəmməd, Rəhman, Tamerlan və Ağaverdi evin giriş qapısının qarşısında məni gözləyirdilər və tez-tez zəng edərək pulu götürüb-götürmədiyimi soruşurdular. Oğurladığım pulları Azərbaycan manatına çevirdim, Məhəmmədin tələb etdiyi 3450 manatı ona verdim”.
"Hədiyyə telefon aldım”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən təxminən 3 gün sonra Məhəmməd yenidən zəng edib və bildirib ki, avtomobilin mühərrikində problem yaranıb: "Mühərrikin təmirinə 3500 manat lazım olduğunu söylədi. Ona dedim ki, tez-tez pul götürə bilmərəm, ev yiyələri məndən şübhələnərlər. Amma Məhəmməd təkidlə yenidən evdən pul götürməyimi tələb etdi.
İki gün sonra yenidən eyni üsulla evdən 2800 dollar götürdüm. Bir gün sonra bir daha Etibar babanın evindən dəqiq yadımda deyil, amma təxminən 1000 dollar götürməli oldum. Məhəmməd neçə müddətdir ki, ona "İphone 13” markalı mobil telefon almağımı istəyirdi. Ona həmin markalı mobil telefon alaraq hədiyyə etdim”.
İş üzrə zərərçəkmiş qismində Etibar Məmmədovun oğlu Orxan Məmmədov tanınıb. O, məhkəmə iclaslarında iştirak etməyib. Bu səbəbdən məhkəmədə onun nümayəndəsi çıxış edib.
Nümayəndə bildirib ki, zərərçəkmiş Orxan Məmmədov Əli Əbülhəsənlini, onun atası Ramil Əbülhəsənovu və anası Vüsalə Əbülhəsənovanı təxminən 15 ildir tanıyır. Məmmədovlara məxsus evdə Ramil Əbülhəsənov bağban, Vüsalə Əbülhəsənova isə xadimə olaraq çalışıb.
Nümayəndənin sözlərinə görə, bu iş üçün Məmmədovlar Ramil Əbülhəsənova 600 manat, Vüsalə Əbülhəsənovaya isə 500 manat əməkhaqqı veriblər: "Əli Əbülhəsənli həqiqətən o evdə böyüyüb başa çatsa da, təxminən 3-4 il olar, onun həmin evə sərbəst giriş-çıxışı məhdudlaşdırılıb. Məmmədovlar bu ailəyə yaşamaları üçün normal şəraiti olan birmərtəbəli ev veriblər.
Zərərçəkmiş şəxslər yaşadıqıları evdən 19000 dolların oğurlandığını aşkar ediblər. Oğurluq müddətində Orxanın atası Etibar müəllim, anası Zenfira xanım orada yaşayıblar. Amma ilin bəzi vaxtlarında xarici ölkəyə gediblər. Əlinin ələlxüsus da günorta saatlarında evə, özü də evin 3-cü mərtəbəsinə qalxmaq şansı ola bilməzdi”.
Nümayəndə təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianı müdafiə edib. Amma onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edib.
Cəza məlum oldu
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Əli 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona cəzaçəkmə müddətində Bakı şəhərinin hüdudlarını, eləcə də hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etmək qadağan olunub.
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasını təmin edib.
Mülki cavabdeh Əli Əbülhəsənlidən maddi zərərə görə 27800 manat və 174 manat dövlət rüsumu, 100 manat vəkil xərcinin tutulması, cəmi 28074 manat məbləğində pulun iddiaçı Orxan Etibar oğlu Məmmədova ödənilməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, cinayət işində adı çəkilən Etibar Məmmədov xalq hərəkatının tanınmış simalarından biri, hazırda AMİP-in lideridir. Zərərçəkmiş Orxan Məmmədov isə onun oğludur, iş adamıdır.
Xəbərin oxunma sayı : 1219
Hadisə
Xəbərlər
-
“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
-
Mourinyo istədi, Perez kisənin ağzını açdı - 70 milyona onu ala bilərlər
-
Bakıda çoxmərtəbəli parkinqlərin sayı niyə azdır? - VİDEO
-
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - QƏRAR
-
ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı - Şahbaz Şərif
-
Bakı-Tbilisi aviabiletlərinin bahalaşmasına səbəb nədir? - VİDEO
-
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
-
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub - 7 qadın və 16 uşaq
-
Naxçıvan reysləri geri qayıtdı - AZAL səbəbini AÇIQLADI
-
Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı
-
Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - TƏDQİQAT
-
“Atlant” sahibinin yenidən həbsi tələb olundu - Cinayət dosyesi
-
İndiyədək dünya çempionu olmuş ölkələr - SİYAHI
-
Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI
-
“ABŞ ilə razılaşma heç vaxt olmadığı qədər yaxındır” - Əraqçi
-
Torpaq sahəsi aldı, həyatının şokunu yaşadı: “Evi tikdim, gəlib dedi ki, bura mənimdir“ + VİDEO
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
-
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu
-
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
-
“Şiş” xəstəliyi ən çox hansı rayonlarda yayılıb? - Siyahı
-
Həftəsonu maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Beyləqanda Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
-
Xəstəxanalarda yoxlamalar: 31 nəfər məsuliyyətə cəlb edilib
-
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı açıqlandı - Rayonlar üzrə siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Kamran Əliyev Nərimanov rayonunda qəbul keçirdi - Fotolar
-
ABŞ dünyanın ən böyük neft ixracatçısına çevrildi - “Reuters”
-
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır - Rəsmi
-
Rusiyalı oliqarx Paşinyana şərt qoydu: “Hər şeyi edəcəyik“
-
Azərbaycanda zəlzələ oldu: Bu rayonlarda hiss olundu
-
Saxta şirkətlər yaradanlar qandallandı -10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
-
Xaricdən 12 qəpiyə gətirilən saqqızlar marketlərdə dəfələrlə baha satılır - Siyahı
-
Azərbaycanda yeni cərimələr müəyyənləşir - Parlament təsdiqlədi
-
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
“Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır“ - Məcnun Məmmədov
-
Azərbaycanın Portuqaliyada səfirlik açacaq - Milli Məclis təsdiqlədi
-
“Əhalinin rifahı yüksələcək“ - Sahil Babayev
-
Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
-
Aygün Kazımova sirkdə “məclis“ qurub, rep oxudu - Video
-
Dünya okeanında suyun səviyyəsi qalxır - Xəbərdarlıq
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Azərbaycanın dövlət borcu nə qədərdir? - Nazir açıqladı
-
İran Trampı təkzib etdi: “Heç bir mətn təsdiqlənməyib“
-
Mourinyo “Real Madrid”lə müqavilə imzaladı - RƏSMİ
-
Bu xəstəxanadan 240-dan çox saxta göndəriş verilib? - Araşdırma
-
İlham Əliyev Putini təbrik etdi: “Əminəm ki, birgə səylərimiz...“
-
Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO
-
Şəmkirdə kafedə dava: 28 yaşlı şəxsi ürəyindən vurdular
-
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu - FOTO
-
Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək - DİM
-
Azərbaycana elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb - Statistika
-
Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - VİDEO
-
Meksika və Cənubi Koreya dünya çempionatına qələbə ilə başladılar - VİDEO
-
Trampdan sensasion açıqlama: “ABŞ və İran müharibəni dayandırdı“
-
Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO
-
Sənəddə bir, realda isə iki mərtəbə tikilir - Xətaidə tikinti qalmaqalı
-
“Dost dediyin “cibindədir” - Aysun İsmayılova
-
Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi
-
PUA ilə vurulan gəmidə sağ qalan Lənkəran sakini açıqlama verdi - VİDEO
-
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
“Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam“ - Tramp
-
Səhiyyədə nə baş verir? - “Medicare” yenidən gündəmdə
-
Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq? - VİDEO
-
İntensiv yağışlar Azərbaycanın qərb bölgəsində fəsadlara səbəb olub - VİDEO
-
Avtoxuliqanlıq etmişdi - Həbs olundu+Video
-
“İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq“ - “Fars“
-
“AzParking“in əsassız cərimə yazdığı iddia edilir - VİDEO
-
Maşından 120 min dollar oğurlayanlar saxlanıldı - VİDEO
-
5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi - VİDEO
-
Avropa Putinlə danışacaq lider axtarır - Stubb imtina etdi
-
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
-
Qusarın Laza kəndində sürüşmə oldu - Anbaan görüntüləri
-
Sabahdan Bakıda 2 günlük güclü külək olacaq - XƏBƏRDARLIQ
-
“ABŞ Xarq adasını ələ keçirmək niyyətindədir“ - Donald Tramp
-
Ermənistanda deputat seçilən Həsənov... - Qızı Türkiyə klubunun rəhbərliyindədir
-
İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi
-
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - Tam siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi - SƏRƏNCAM
-
4 mindən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır - Hikmət Hacıyev
-
“Azəriqaz“ rəhbərinin saxta qəbul oyunu: şikayətin məzmunu, mühasiblərin “qırğını“, yaxud...
-
Piyadaya yol vermədi, 50 manat cərimələndi - Bəs qanun nə deyir?
-
Britaniyanın müdafiə naziri istefa verdi - Səbəbi açıqladı
-
“Yüksəliş“in finalçısına yüksək vəzifə verildi - Bayramovun müavini təyin edildi
-
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
Azərbaycan və İran razılaşdı - Araz çayının su ehtiyatları ilə bağlı
-
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı - FƏTVA
-
Sahib Məmmədov “putyovka”ların qiymətlərini artırıb? - AHİK-də əsassız qaydalar
-
Bakıda film kimi hadisə: Evləndirmək vədi ilə dələduzluq
-
Ermənistanın əvəzinə Türkiyə: Rusiya balıq idxalı üçün alternativ variantlar tapdı
-
Adambaşına düşən həkim sayına görə Nəsimi və Lerik arasında 73 dəfə fərq var - Tam siyahı
-
Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - Xəbərdarlıq
-
Məşhur milyarder “Epşteyn işi“ üzrə ifadə verdi: İlginc etiraflar
-
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Bakıda sahibkarlar dələduzluğa məruz qalıblar? - İDDİA
-
ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri - Tanınmış həkim həbs olundu
-
Tramp Tehranı hədələdi: “İran darmadağın ediləcək“
-
Qaraçuxur qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb - VİDEO
-
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR
-
Sevda Sanəliyeva kosmetoloqdan şikayətləndi: “Aldanmayın”
-
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
-
TƏBİB-də daha bir dəyişiklik - İcraçı direktor müavini də yola saldı
-
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanılıb - Narkotik əməliyyatı
-
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər - DETALLAR
-
Aldığı robot tozsoranı geri qaytara bilmir - VİDEO
-
Küveyt və Bəhreyndə 18 ABŞ hədəfinə zərbə endirdik - SEPAH
-
Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
“Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir“ - Nazir
-
Tovuzda tibb işçilərinə verilən vədlər yerinə yetirilmir? - VİDEO
-
Netanyahu Livan xalqına müraciət edib - “Hizbullah”sız sülh təklif edib
-
ANAMA-dan 1,6 manatlıq şirkətə 700 min manatlıq sifariş - TENDER
-
Şəhərin mərkəzində yol çökdü, böyük çuxur yarandı - VİDEO
-
284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? - VİDEO
-
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişikliyi - Yeni qurumlar yaradılır
-
Azərbaycanda ən çox şikayət olunan 5 bank - SİYAHI
-
“Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir“ - Nazir
TOP 10
ARXİV






