Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Füzuli Ələkbərovun başı dərddə - Keçmiş nazirin iflas həddində olan şirkəti məhkəməyə verildi

Tarix 19.06.21, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun şirkəti problemlər yaşayır. 

HİT.az xəbər verir ki, Füzuli Ələkbərova məxsus “İmprotex” Şirkətlər Qrupunun nizamnamə kapitalının azalmasından sonra bu qrupa daxil olan “İmprotex İndustruies” MMC məhkəməyə verilib. İddiaçı “EVIM  Construction” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisələrdir. 

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. 

“İmprotex” Şirkətlər Qrupu “BMW, “Rolls Royce” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısıdır. 

Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olan dövrdə “İmprotex” monopolist şirkət kimi tanınıb. O , işdən çıxarılandan sonra şirkətdə də vəziyyət dəyişib. 

İyun ayının əvvəllərində şirkət nizamnamə kapitalının azaldığını elan edib. Bəzi iddialara görə, “İmprotex” bağlanmaq təhlükəsi ilə üzləşib. Bildirilir ki, şirkətin fəaliyyətində qanunsuzluqlar aşkarlandığı üçün yoxlamalar aparılır. Mediada yayılan məlumatlara görə, hətta Füzuli Ələkbərova məxsus Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacaq bağlanıb.

Belə bir vaxtda Füzuli Ələkbərovun məhkəməyə cəlb edilməsi əlavə problemdir. 

Məlumat üçün deyək ki, “EVIM Construction” MMC-nin qanuni təmsilçisi Mütəllimov Əhməd İkram oğludur. Şirkət 26 avqust 2020-ci ildə qeydiyyatdan keçib. 

“İmprotex” Şirkətlər Qrupuna “İmprotex Motors”, “İmproteks Treydinq” KM, “İmprotex Trucks&Buses”, “İmprotex İndustries”, “İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən “IMEX AZ GENERAL TRADING L.L.C” daxildir. 

Füzuli Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində işləyib. 2013-cü ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlar Füzuli Ələkbərovun məmur karyerasına son qoyub. 

Xatırladaq ki, həmin il yanvarın 23-də İsmayıllı şəhərində Füzuli Ələkbərova məxsus "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra isə bir neçə kütləvi etiraz aksiyası baş vermişdi.



Xəbərin oxunma sayı : 559




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap