Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

FED uçot dərəcəsini artırdı – Azərbaycanda dollar bahalaşa bilərmi?

Tarix 16.12.22, 17:59

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Uçot stavkası 4.4 faiz müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də, son qərardan sonra birjalara ciddi dalğalanma müşahidə olunmur. İllik artımlardan sonra praktik olaraq qlobal valyuta bazarı bu addımlara hazır idi.

FED-in qərarı Azərbaycanda da dolları bahalaşdıra bilərmi?


İqtisadçı millət vəkili Vüqar Bayramov xatırladır ki, Azərbaycan Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirmişdi. “2022-ci il artıq başa çatmaqdadır. Mərkəzi Bankın 2023-cü il üçün pul-kredit siyasətininin ümumi istiqamətlərində baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorların da nəzərə alınacağı gizlədilmir”, - o qeyd edib.

İqtisadçı əlavə edib ki, gələn il xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq: “Amma Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzunmüddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”.

Deputat xatırladır ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. “Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”, - o vurğulayıb.



Xəbərin oxunma sayı : 1189




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap