Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Fevral-mart aylarında bu bazarda vəziyyət kəskin dəyişə bilər - XƏBƏRDARLIQ

Tarix 21.01.23, 20:54

Font ölçüsü : - / +
bitmap-img6


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 1,74% artaraq 1 barelə görə 87,66 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,37% artaraq 81,96 dollara bərabər olub. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,33 % artaraq 89,91 ABŞ dolları təşkil edib.

Neftin qiymətində kəskin ucuzlaşma gözlənilirmi?

Maliyyə bazarları üzrə ekspert Azər Balamedov Musavat.com-a bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayan zaman neftin qiymətində impulsiv artım oldu – qiymət 134 dollara qədər qalxdı. Maliyyə və kapital bazarlarında panik hal yaşandı:

ep40nUSmg6PL4geKzLlaXv3IYoa2UHb3mKIKgOID.jpg (45 KB)

"Bu, ilk növbədə qazın qiyməti ilə bağlı idi. Həmin ərəfədə 4000-5000 dollara qalxan qiymət hazırda 700 dollar altındadır. Müharibə ab-havasına olan reaksiya formasında neftin qiymətində çox güclü qalxış oldu. 2008-ci ilin maksimumları təsdiq olunmadı. O zaman qiymət 147 dollara qədər qalxmışdı. Azərbaycan neftinin qiyməti də müvafiq olaraq 150 dollar idi. Ötən ilin martının ortalarından neftin qiymətində ucuzlaşma trendi davam edir. Bu trend korrektiv sayılır. Qiymətin uzun perspektivdə 50-40 dollar altında olması gözlənilmir. Bunun üçün texniki şərtlər yoxdur. Texniki analiz rakursundan baxdıqda bu, aydın görünür. Neftin qiyməti son 10 ayda tarixi maksimumlardan aşağı olsa da, qənaətbəxş səviyyədə ticarət olunub. Çin koronavirusla bağlı göstəricilərin real olduğunu iddia edir və sərhədləri müəyyən qədər açmağa çalışır. Bu, məsələnin fundamental analiz tərəfidir. Neftin qiymətində kəskin ucuzlaşmadan söhbət getmir. "Brent" 50 dollar altında olarsa, o zaman kəskin ucuzlaşmadan danışmaq olar.

86215c71-d00f-38a8-b814-19022f692d2a_850.jpg (82 KB)

Neftlə qazın qiymətinin ucuz olması yaşıl enerji investorlarına sərf etmir. Çünki o istiqamətdə olan layihələr çox bahadır. Onlara görə neftlə qazın qiyməti yuxarılarda qalacaq. Fevral-mart aylarında texniki göstəricilərə yenidən baxmaq lazım olacaq. Azərbaycan neftinin də qiyməti büdcə qaydalarına cavab verir. Əgər hər hansı bir fors-major hadisə olmasa, qiymətdə kəskin eniş proqnozlaşdırılmır. Neftin qiyməti maliyyə aktivi kimi dollara bağlıdır. Dollar gücləndikcə neftin qiyməti düşür. Federal Ehtiyat Sistemi son 1 ildə faiz artımı siyasəti aparır. Ona görə də faizlər qalxdıqca dollar gücləndi, buna baxmayaraq, neftin qiyməti çox da aqressiv düşmədi. Halbuki 20 dollara da düşə bilərdi, amma bu, baş vermədi. Dollar son 3 ayda müəyyən qədər zəifləyib, neftin qiyməti də bundan istifadə edərək stabil qalır. Dolların indeksi güclənərsə, neftin qiymətində müəyyən ucuzlaşma ola bilər, amma kəskin eniş gözlənilmir".



Xəbərin oxunma sayı : 403




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap