“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

FHN hər maşının təmirinə 3500 manat xərcləyəcək - “RN STRONG” kimindir?

Tarix 16.01.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu yeni bir tenderə yekun vurub. Tribuna.az xəbər verir ki, İnstitut balansında olan 48 ədəd avtomobilin təmirini və ehtiyat hissələri ilə təchiz olunmasını həyata keçirəcək.

Məlumatda qeyd edilir ki, tenderin qalibi “RN STRONG” MMC olub. Nazirlik sözügedən şirkətlə 148 min 1 manatlıq müqavilə bağlayıb.

Buradan belə məlum olur ki, FHN-in Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu hər avtomobilinin təmirinə 3500 manat xərc çəkəcək.
Tribuna.az açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “RN Strong” MMC son bir ildə 15, yeni ilin ilk 15 günündə isə 4 tenderin qalibi olub. Belə ki, MMC bu tenderlərdən ikisini “AQRAR TƏDARÜK VƏ TƏCHİZAT” ASC-dən udub. Həmin anlaşmaya əsasən şirkət “Aqrar Tədarük və Təchizat” avtomobillərinin təmiri və ehtiyat hissələrinin alınması üçün toplam 295 min 888 manat ödəniş alıb.

Digər tender isə ilin əvvəlində baş tutub. Maliyyə Nazirliyinin Aparatının avtomobillərinə görə “RN STRONG” 16 min 850 manat ödəniş alıb.
Açıq mənbələrdə “RN Strongs” şirkətinin kimə məxsus olması barədə hər hansı məlumata rast gəlinməyib. Lakin əksər mənbələr bu şirkətin “Aqroservis” ASC-nin İdarə Heyətinin keçmiş sədri Elmin Rəhmanovun yaxın dostuna məxsus olduğunu qeyd edirlər. Hətta bu səbəbdən də şirkətin “Aqroservis”in əksər tenderlərini udduğunu vurğulayırlar.



Xəbərin oxunma sayı : 1078




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap