Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Günün transfer xəbərləri: “Mançester Siti“ “Arsenal“ın planlarına mane olur

Tarix 21.02.23, 23:31

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Football Insider": "Benfika"nın müdafiəçisi Aleks Qrimaldo İngiltərə klublarının diqqət mərkəzindədir. "Nyukasl" və "Vulverhempton" 27 yaşlı ispaniyalı futbolçu uğrunda mübarizə aparırlar. "Barselona"nın yetirməsi olan Aleksin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. 

Qeyd edək ki, daha öncə Aleks ilə "Lids", "Yuventus" və "Real Madrid" kimi klubların da maraqlandığı bildirilirdi. 

"The Times": "Vest Hem" baş məşqçisi Devid Moyesə ultimatum göndərib. Komanda İPL-in növbəti turunda "Nottinqem Forest"ə məğlub olsa, mütəxəssis istefaya göndəriləcək. 

"Vest Hem" hazırda turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Moyes keçən ay da eyni situasiya ilə üz-üzə qalmışdı, lakin "Everton"u 2:0 hesabı ilə məğlub edərək vəziyyəti dəyişməyə müvəffəq olmuşdu. 

"90min": "Mançester Siti" "Arsenal"ın transfer planlarına mane olur. "Topçular" əsas transfer hədəfi olan Deklan Rays "şəhərlilər"in də diqqətini cəlb edib. İlkay Gündoğan və Bernard Silvanı itirmək təhlükəsi ilə üz-üzə qalan "Mançester Siti" yarımmüdafiə xəttinə Raysı gətirməyi planlaşdırır. Futbolçunun klubu "Vest Hem" ilə müqaviləsi 2024-cü yayına qədərdir. 



Xəbərin oxunma sayı : 451




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap