Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: “Milan“ transferlər üçün 300 milyon ala biləcək?

Tarix 19.04.22, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Kicker" saytı: "Bayern Münhen" Serj Qnabri ilə müqavilə yeniləmək üçün danışıqlar aparır. Lakin klub futbolçunun maaşının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı tələblərini təmin etməyəcək".

"Calciomercato" nəşri: "Milan" yeni sahiblərindən 300 milyon avro transfer haqqı ala bilər. Bəhreyndən olan "Investcorp" investisiya şirkəti klubun səhmlərini almaqda maraqlıdır. 1 milyard avro dəyərində qiymətləndirilən İtaliya təmsilçisinin satışı reallaşsa, "rossonerilər" yay transferləri üçün yeni sahiblərdən 300 milyon avro alacaq".

"Diario sport" saytı: "Samuel Yumtiti "Olimpik Lion"a qayıda bilər. Samuel baş məşqçi Xavinin planlarına daxil deyil və klub rəhbərliyi dəfələrlə onu satmaq istəyib. Futbolçu maliyyə problemləri yaşayan kluba kömək etmək üçün yanvarda "Barselona" ilə olan müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadıb, maaşının 50 faiz azaldılmasına razılaşıb. Ancaq sözügedən oyunçu yenə də forma şansı qazanmır".

Fabritsio Romano, insayder: "Mançester Yunayted"i Erik ten Haq idarə edəcək! Mitçell van der Qaq isə məşqçilər korpusunda yer alacaq. "Ayaks" və "Mançester Yunayted" təzminat məbləğini (2 milyon avro) müzakirə edəcək".

"Corriere della Serra" nəşri: "Atalanta" 2022-ci ilin yayında heyətində kütləvi "təmizləmə" apara bilər. Avropa Liqasının 1/4 finalında yarışdan kənarlaşan və  A Seriyasında zəif çıxış edən klub rəhbərliyi transfer bazarında qətiyyətli addımlar atmağı planlaşdırır.

Yayda Berqamo təmsilçisini Aleksey Mirançuk da daxil olmaqla, bir sıra futbolçular tərk edə bilər. Bunlar Ruslan Malinovski, Mario Pasaliç, Matteo Pesina, Luis Muriel, Rafael Toloy və Luis Palominodur".

"Arsenal"ın hücumçusu Aleksandr Lyakazett: “Bir çox klublarla danışıqlar aparıram. Mən bütün təkliflərə açığam. Getdiyim gündən bəri "Olimpik Lion"la əlaqəmi kəsməmişəm. Çox yaxın olduğumuz üçün ildə bir və ya iki dəfə kluba qayıdıb dostlarımla görüşürəm. "Lion" mənim azad agent olacağımı bilir”.

Jurnalist Nikolo Skira: “Mançester Siti” "Milan"ın futbolçusu Rafael Leaunun agenti, məşhur portuqaliyalı Jorje Mendeşlə danışıqlara başlayıb. Lakin "Milan" 22 yaşlı portuqaliyalı hücumçu ilə vidalaşmaq istəmir və onun üçün ən azı 70 milyon avro istəyəcək".



Xəbərin oxunma sayı : 388




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap