Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: İnzaginin yeni klubu bəlli oldu

Tarix 13.07.22, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"İnter"in baş məşqçisi Simone İnzagi: "Dibala? Mən komandada olan hücum xəttindən razıyam. Elə bu heyətlə də mübarizə apara bilərik".

Canluka Di Martsiodan xəbərlər:

"Atalanta" və "Roma" Aleksey Mirançuku Bruno Peresə dəyişmək imkanını müzakirə edirlər". 

"Napoli" Kalidu Kulibalinin yerinə oyunçu axtarmağa başlayıb".

“Fənərbağça”nın futbolçusu Kim Min Ce “Renn”ə keçmək üzrədir. Transferin məbləği 5 milyon avro təşkil edəcək".

"Napoli" Covanni Simeone ilə maraqlanır". 

"Federiko Bernardeski "Toronto"ya keçməyə yaxındır".

"Napoli"nin müdafiəçisi Kalidu Kulibali "Çelsi"yə keçmək üzrədir".

"A Spor" telekanalı: "Coşua Kinq azad agent olaraq "Fənərbağça"ya keçməzdən əvvəl İstanbulda tibbi müayinədən keçib".

Fabritsio Romano: "Barselona" və "Lids" Rafinyanın transferini bitirmək üzrədir".

Baş tutmuş transfer xəbərləri:

"Milan"ın sabiq müdafiəçisi Alessio Romanyoli azad agent olaraq "Latsio"ya keçib. "Roma"nın yetirməsi klubla 2027-ci ilin yayına kimi müqavilə imzalayıb.

Mario Xila 6 milyon avroya "Real Madrid"dən "Latsio"ya keçib. Müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

"Milan"ın sabiq futbolçusu Samu Kastilyexo azad agent olaraq "Valensiya"ya qoşulub. Müqavilə 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ueyn Runi "DiSi Yunayted"in yeni baş məşqçisidir.

Filippo İnzagi "Recina"nın yeni baş məşqçisidir. 48 yaşlı mütəxəssisin son iş yeri 2022-ci ilin yazında qovulduğu "Breşiya" klubu olub.



Xəbərin oxunma sayı : 688




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap