Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Günün transfer xəbərləri: Eriksen Keynin qalmasına kömək edə bilər

Tarix 20.04.22, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Tuxel Lukakunun "Çelsi"dəki mövqeyi haqqında: "Düşünmürəm ki, Lukakuya qığılcım lazımdır. Komanda da əsas heyət oyunçusu olacaq, yoxsa yox, bunu dəqiq bilmirik. "Çelsi"dən ayrılsa, onu heyətində görmək istəyən kifayət qədər klub tapılacaq".

"Le Parisien" nəşri: PSJ ispaniyalı veteran Serxio Ramosdan qurtulmaq istəyir. Səbəb futbolçunun zədəsi və yüksək maaşıdır. Təcrübəli müdafiəçinin indiki müqaviləsi daha bir il qüvvədədir. Artıq tərəflər vəziyyəti müzakirə etmək üçün görüş təyin edib".

"TYC Sports" saytı: "Aston Villa"nın qapıçısı Emiliano Martines Turin "Yuventus"unun transfer hədəfinə çevrilib. 29 yaşlı qolkiperin "qoca sinyora"nın sıralarına dəvət olunmasında şəxsən baş məşqçi Massimiliano Alleqri maraqlıdır".

"Nyukasl"ın yarımmüdafiəçisi Conco Şelvi:  “Nyukasl" çox böyük klub olacaq. Mən PSJ və "Manchester Siti" səviyyəsindən danışıram. Həmin səviyyəyə çatmaq müəyyən qədər vaxt aparacaq. Bu, yenidənqurma prosesidir. Güclü və ən əsası müdrik transferlər edəcəyik. Sadəcə olaraq, hamımız səbirli olmalıyıq. İstədiyim tək şey bu prosesin bir hissəsi olmaqdır”.

PSJ-nin baş məşqçisi Maurisio Poçettino: "PSJ ilə daha bir il müqaviləm var. Bu klubun əsas məqsədlərindən biri Çempionlar Liqasını qazanmaqdır. Uğur qazana bilmədiyimiz üçün çox məyus olduq. Mövsüm başa çatmayıb, hələ çempionluq qazanmamışıq və bütün diqqətimizi buna yönəltmişik. Hər şey həll olunanda bir yerdə oturub komandanın gələcəyini müzakirə edəcəyik. Bu yay komandanı tərk etmək fikrim yoxdur”.

"The Times" nəşri: "Tottenhem" inanır ki, Kristian Eriksen kluba qayıdarsa, Harri Keyni komandada saxlaya biləcək. Erlinq Holand ilə uğurlu danışıqlardan sonra "Mançester Siti"nin Keynə marağı azalıb".



Xəbərin oxunma sayı : 400




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap