Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Günün transfer xəbərləri: MY və “Çelsi“ kimin üçün mübarizə aparırlar?

Tarix 05.12.22, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

İnsayder Fabritsio Romano: "Mançester Yunayted" və "Çelsi" eyni hücumçuya elçi düşüb. Söhbət "Lill"in futbolçusu Conatan Deviddən gedir. Kanada millisinin forvardının özünün də İngiltərə Premyer Liqasında oynamağa marağı var. 

"Manchester Evening News": "Mançester Yunayted"in heyətinə cəlb etmək istədiyi Moyses Kaysedonun transfer qiyməti bəlli olub. "Brayton" futbolçusuna 70 milyon avro qiymət qoyub. 

Ekvador millisinin ulduz yarımmüdafiəçisinin DÇ-2022-də uğurlu çıxışı onun dəyərinin artmasına səbəb olub. 

"Daily Express": "Real Madrid" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordla maraqlanır. İngiltərə millisinin üzvünün "Qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin iyun ayında başa çatır. Ancaq Reşfordun La Liqaya gedəcəyindən ehtiyat edən İPL təmsilçisi sözləşmənin müddətini daha 1 il uzatmaq fikrindədir.

İnsayder Din Cons: "Çelsi" "Atletiko Madrid"in futbolçusu Joau Feliksi heyətinə qatmaq istəyir. Portuqaliyalı hücumçu özü də İngiltərə Premyer Liqasında çıxış etməyə hazırdır. 

"Çelsi" ilə yanaşı "Mançester Yunayted", "Bayern Münhen" və PSJ də Joaunu transfer etməyə çalışır. 

Qeyd edək ki, daha əvvəl Feliksin Madrid klubunun baş məşqçisi Diyeqo Simeone ilə münasibətlərinin yaxşı olmadığı deyilirdi. 



Xəbərin oxunma sayı : 499




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap