Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Günün transfer xəbərləri: Paredes icarəyə gedir

Tarix 31.08.22, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"The Telegraph" nəşri: "Atletiko Madrid" "Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luisi 20 milyon funt-sterlinqə almağı planlaşdırır". 

"Calciomercato" nəşri: "Yuventus" argentinalı yarımmüdafiəçi Leandro Paredesi icarəyə vermək üçün PSJ ilə razılığa gəlib.

Canluka Di Martsiodan xəbərlər: 

“Roma”nın hücumçusu Eldor Şomurodov növbəti mövsüm üçün klub rəhbərliyinin planlarında yer almayıb. "Montsa" "Torino" və "Bolonya" özbək oyunçu ilə maraqlanır.

"Castin Klyuyvert icarə əsasında "Roma"dan "Fulhem"ə  keçəcək".

"Amadu Diavara 3 milyon avroya "Roma"dan "Anderlext"ə keçəcək".

Fabritsio Romano, insayder: "Lester" belçikalı müdafiəçi Uout Fas üçün "Renn"lə danışıqlara başlayıb. O, "tülkülər"in qısa siyahısındakı oyunçulardan biridir". 

Fabritsio Romano, insayder: “Mançester Siti” və Dortmund “Borussiya”sı mərkəz müdafiəçisi Manuel Akancinin transferi ilə bağlı razılığa gəlməyə yaxındır".

Baş tutmuş transfer xəbərləri: 

26 yaşlı ispan yarımmüdafiəçi Fabian Ruiz "Napoli"dən PSJ-yə transfer olunub.

23 yaşlı vinger Kelvin Stenqs icarə əsasında "Nitsa"dan "Antverpen"ə keçib. 

26 yaşlı yarımmüdafiəçi Harri Uinks icarə əsasında "Tottenhem"dən "Sampdoriya"ya keçib.

21 yaşlı argentinalı oyunçu Ezekel Bulyaude "Qodoy Kruz"dan "Feyenoord"a keçib.



Xəbərin oxunma sayı : 613




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap