Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Günün transfer xəbərləri: PSJ Amrabat üçün irəli atıldı

Tarix 28.12.22, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Daily Mail": Cud Bellinqem "Liverpul"un hədəfi olaraq qalır. "Qırmızı şeytanlar" "Borussiya Dortmund"un futbolçusu yayda heyətinə qatmaq istəyir. Gənc oyunçunun özünün də "Liverpul"da çıxış etmək istədiyi iddia olunur. İPL təmsilçisinin baş məşqçisi Yürgen Klopp yarımmüdafiəçinin danışıqlarında şəxsən özü iştirak edir. 

"The Telegraph": "Mançester Yunayted" "Atletiko Madrid"in futbolçusu Joau Feliksin transferindən vaz keçib. Buna səbəb İspaniya təmsilçisinin irəli sürdüyü şərtlərdir. Daha öncə "Atletiko"nun Feliks üçün 9 milyon tələb etdiyi və bu məbləği hissə-hissə yox, tam olaraq almaq istədiyi bildirilmişdi. 

"Al Mountakhab": Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat Avropanın tanınmış klublarının diqqətini cəlb edib. "Fiorentina"nın 26 yaşlı futbolçusu PSJ-nin də maraq dairəsindədir. Amrabat klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. A Seriyası təmsilçisi fürsətdən istifadə edib futbolçunun satışından qazanc əldə etmək fikrindədir. 

Qeyd edək ki, Sofyan Amrabat "Liverpul"un da hədəfindədir. 

İnsayder Fabritsio Romano: "Çelsi" "Monako"nun müdafiəçisi Benus Badiaşilenin transferini həll edib. İngiltərə klubu 21 yaşlı fransalı ilə anlaşıb. Bu keçid London klubuna 35-40 milyon avroya başa gələcək. 



Xəbərin oxunma sayı : 478




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap