Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Günün transfer xəbərləri: Ronaldu “Roma“ və “Bayern Münhen“ arasında

Tarix 14.07.22, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Nikolo Skira, insayder: "İtaliyanın "Montsa" klubu "Real Madrid"lə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agentə çevrilən Marselo ilə danışıqlara başlayıb".

Manu Saints, jurnalist (AS): "Ronaldunun "Bayern Münhen"ə keçmək ehtimalı 60, "Çelsi"yə isə 40 faizdir".

Fabritsio Romano, insayder: "Kriştianu Ronaldunun agenti Jorje Mendeş hələ də "Çelsi" və "Bayern Münhen"i  portuqaliyalı ulduzu heyətinə qatmağa çağırır".

"DiSi Yunayted"in baş məşqçisi Ueyn Runi: "Luis Suares bu komandaya uyğun deyil. Mən ona hörmət edirəm. Suares heyrətamiz futbolçudur, amma düşünürəm ki, o, hələ də bir oyunçu kimi  titullara acdır".

Canluka Di Martsiodan xəbərlər:

"Salernitana"  "Vilyarreal"dan Bulaye Dianı 2,5 milyon avroya icarəyə götürəcək. Futbolçuya bir mövsümə 2 milyon avro maaş təklif olunub.

"İnter"dən sonra Paulo Dibalaya "Roma" və "Napoli" maraq göstərib.

"Qleison Bremer yaxın 7 gün ərzində "İnter"in oyunçusu olacaq". 

"Nikola Maksimoviç "Cenoa"dan (B seriyasına düşüb) "Leççe"yə (A seriyasına qayıdıb) keçəcək".

"Fanatik" saytı: Villian Arao "Fənərbağça"ya keçməzdən əvvəl tibbi müayinədən keçmək üçün İstanbula gəlib".

Mett Lou, jurnalist (The Telegraph): "Kalidu Kulibali "Çelsi"yə qoşulmaq üçün Londona gəlib. Bu gün tibbi müayinədən keçəcək".

Mayk Vervey, jurnalist (De Telegraaf): "Ayaks"ın futbolçusu Lisandro Martines 55 milyon avroya  "Mançester Yunayted"ə keçəcək".  

Baş tutmuş transfer xəbərləri:

Coşua Kinq azad agent olaraq  "Fənərbağça"ya keçib. Müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, ötən mövsüm "Uotford"da çıxış edib.

19 yaşlı Tiaqo Çukur "Uotford"dan "Fənərbağça"ya keçib. Transfer məbləği 2,5 milyon avro təşkil edən futbolçunun müqaviləsinin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

31 yaşlı qapıçı Benjamen Lekomte "Monako"dan "Espanyol"a keçib. Qolkiper 2022/23 mövsümünün sonuna qədər İspaniya klubunda icarədə olacaq.

Çidera Eyuke Moskva MOİK-indən "Herta Berlin"ə keçib. Futbolçu 2022/23 mövsümünün sonuna qədər Almaniya klubunda icarədə olacaq.

24 yaşlı hücumçu Mohamed Bayo 14 milyon avroya "Klermon"dan "Lill"ə keçib. Müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Rahim Sterlinq "Mançester Siti"dən "Çelsi"yə keçib. Transferin məbləği 47,5 milyon funt sterlinq təşkil edən hücumçunun müqaviləsinin müddəti  2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 739




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap