Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: Simeone Feliksi buraxmayacaq

Tarix 29.12.22, 19:29

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercato": "Liverpul" "Napoli"nin hücumçusu İrvinq Losanonu transfer etməyə çox yaxındır. Klub rəhbərliyi keçidi yanvarda reallaşdırmağa çalışır. Dioqu Jota və Luis Diasın zədəli olması səbəbilə "Liverpul" meksikalının transferini tezləşdirmək niyyətindədir. 

"Readfootball": "Atletiko Madrid"in baş məşqçisi Diyeqo Simeone Joau Feliksi buraxmaq istəmir. Portuqaliyalı futbolçu əsas heyətə düşə bilmədiyi üçün komandadan getmək fikrində idi. Lakin argentinalı mütəxəssis dünya çempionatı zamanı Joaunun çıxışını bəyənib və ona əsas heyətində şans vermək niyyətindədir. Bu barədə Simeone özü məlumat verib. 

"Bizim yaxşı əlaqələrimiz var. O, komanda üçün vacib oyunçudur. Əgər Feliks dünya çempionatındakı çıxışını komandada da sərgiləsə, əsas oyunçulardan biri olacaq. O, çox istedadlıdır və komandanın Joanun bu keyfiyyətlərinə ehtiyacı var", - deyə Diyeqo Simeone bildirib. 

"Daily Mail": "Nyukasl" yanvarda "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonu heyətinə qatmaq niyyətindədir. İtaliya millisinin 31 yaşlı  üzvü 6 ay sonra klubunu tərk edəcək. "Sağsağanlar" azad agent olacaq futbolçunu addım-addım izləyirlər. Jorjinyo "Yuventus"un da maraq dairəsindədir. 

Komandanı gəncləşdirmək niyyətində olan "Çelsi" rəhbərliyi və baş məşqçi Qrem Potter diqqətini "Benfika"nın futbolçusu Entso Fernandesə yönəldib. Bu səbəbdən Jorjinyo ilə yeni sözləşmə imzalanağı real görsənmir. 



Xəbərin oxunma sayı : 562




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap