Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Gündüz qonaq, gecə oğru: Evlərə girən şəxsə 2 il 9 ay həbs

Tarix 07.07.26, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvarda bir neçə yaşayış evindən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs 2025-2026-cı illər ərzində Biləsuvar rayonunun Zəhmətabad və Bağbanlar kəndlərində yerləşən fərdi yaşayış evlərinə müxtəlif vaxtlarda qanunsuz daxil olaraq silsilə oğurluqlar törədib.

İttihama əsasən, o, gecə saatlarında hasardan aşaraq evlərin həyətinə keçib, pəncərələri dəmir parçası ilə açaraq yaşayış sahələrinə daxil olub. Təqsirləndirilən şəxs evlərdən qızıl-zinət əşyaları, nağd pul, elektrik naqilləri, kondisioner, samovar və müxtəlif məişət əşyaları oğurlayıb.

Cinayət işi üzrə zərərçəkmişlərə ümumilikdə minlərlə manat məbləğində maddi ziyan dəyib. Oğurlanan əşyalar arasında 585 əyarlı qızıl boyunbağı və üzük, 1 100 manat nağd pul, elektrik naqilləri, "BT-2500" markalı kondisioner, samovar, eləcə də müxtəlif yuyucu vasitələr olub.

Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək bildirib ki, boşandıqdan sonra maddi vəziyyəti ağırlaşıb. Onun sözlərinə görə, himayəsində iki azyaşlı övladı var və hər ay onlar üçün aliment ödəyir. Daimi iş yeri olmadığını, yalnız günəmuzd fəhlə kimi çalışdığını deyən təqsirləndirilən şəxs maddi çətinliklər səbəbindən oğurluq etmək qərarına gəldiyini bildirib.

O qeyd edib ki, Biləsuvar rayonunda yaşayan valideynlərini ziyarət etmək üçün tez-tez rayona gəlib və həmin vaxtlarda oğurluq hadisələrini törədib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmə) maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilib. Hökmə əsasən, onun barəsində 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 1117




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap