Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Günlərdir Biləsuvar gömrüyündə qalan sürücülərin taleyi necə olacaq? - AÇIQLAMA

Tarix 13.08.25, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün sosial medianın Azərbaycan seqmentində yayılan məlumata görə, Naxçıvandan Bakıya yük daşıyan sürücülər çətinliklərlə üzləşirlər.

Sürücülər “Gündəlik Naxçıvan“a İranda gözlədildiklərinə dair müraciət ediblər.

Onlar bildiriblər ki, günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxılırlar.

İddiaya görə, İran rəsmiləri sürücülərə məsləhət görüblər ki, yeni qayda xoşlarına gəlmirsə, gedib “Tramp Marşrutu”ndan istifadə eləsinlər.

Sürücülər bildirirlər ki, keçiddə növbə olduğunu bəhanə gətirib, onları Biləsuvar gömrüyündən xeyli aralıdakı çöllüyə göndərirlər:

“Burda nə yemək var, nə də su. Almaq üçün gərək kilometrlərlə yolu piyada gedəsən. Bir neçə gündür belə ediblər. Əvvəl gömrüyün qarşısında bir neçə saat gözlədikdən sonra buraxılırdıq. Sülh sazişi imzalandıqdan sonra bizi və türkiyəli sürücüləri gətirib, çöllüyə doldurublar, günlərlə gözləməyə məcbur edirlər. Kefləri gələndə 1-2 maşın buraxırlar. Ac-susuz, toz-torpaq içində gözləməyimiz bir tərəfə, burada tualet də yoxdur. Həm də, bizimlə heyvan kimin davranırlar”.

Sürücülər deyirlər ki, İran rəsmiləri bu münasibətin imzalanan sülh sazişinə görə olduğunu onlara açıq bildirblər:

“Açıq deyirlər ki, sizin hökumət ermənilərlə birləşib, İranın başının üstündən iş görüb. Buna görə də xoşunuz gəlmirsə gedin, sazişdə göstərilən “Tramp Yolu“ndan istifadə edin, ya da Ermənistan özü sizə yol versin. Əlləri heç yerə çatmır, qorxudan bir şey edə bilmirlər, sülh sazişinin acığını bizdən çıxırlar”, deyə sürücülər narazılıq edirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Musavat.com-un sorğusuna cavabda bildirilib ki, gömrük-buraxılış məntəqələrində növbələrin tənzimlənməsi həmin məntəqənin yerləşdiyi ölkənin aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Qurumun mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında qeyd edib ki, AYNA-ya daha əvvəl də sürücülər tərəfindən Biləsuvar ərazisində növbələrin təşkili ilə bağlı şifahi müraciətlər daxil olub və müraciətlər əsasında qarşı tərəfin aidiyyəti qurumları ilə işçi qaydada müzakirələr aparılıb;

“Hazırda yayılan iddiaları aydınlaşdırmaq üçün Naxçıvandan olan bir qrup sürücü AYNA-ya dəvət olunub, onlarla görüş keçiriləcək və daha sonra qarşı tərəflə müzakirə ediləcək.

AYNA qarşılıqlı əməkdaşlıq çərçivəsində yük nəqliyyat vasitələrinin keçidi, növbələrin təşkili və digər məsələlərlə bağlı mütəmadi olaraq qarşı tərəflə görüşlər keçirir və sürücülərin rahatlığının təmin olunması istiqamətində fəaliyyətini davam etdirir”.



Xəbərin oxunma sayı : 838




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap