Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Gürcüstandan nə alıb, ona nə satırıq? - İlk yerdə neft-qaz gəlir...

Tarix 07.04.26, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın Gürcüstana 712.7 milyon dollarlıq ixracatının 347.9 milyon dolları qeyri neft-qaz məhsullarıdır. Bu o deməkdir ki, ötən il Azərbaycan Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları göndərib”. 

AzFakt.com xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin durumunu şərh edərkən bildirib. Onun sözlərinə görə, il ərzində Gürcüstandan 168.7 milyon dollarlıq mal idxal etmişik.

Bəs, Azərbaycan Gürcüstandan hansı məhsulları idxal edir?

Deputat qeyd edib ki, 2025-ci ildə Azərbaycan Gürcüstan ilə 1002 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib: 

“İl ərzində Gürcüstandan sular, alkoqolsuz energetik içkilər və şəkər əlavələri (30 milyon dollar), diri iribuynuzlu heyvanlar (29.1 milyon dollar), diri qoyunlar (18.1 milyon dollar), natrium sianidlər (10.3 milyon dollar), kartof (7.8 milyon dollar), ferrosilikomanqan ərintiləri (7.1 milyon dollar), ev toyuqlarının hissələrə ayrılmış əti və əlavə məhsulları (6.7 milyon dollar), keramikadan minalanmamış üzlük plitələr (5.4 milyon dollar), alkoqolsuz içkilər (3.5 milyon dollar), elektrik enerjisi (3.2 milyon dollar), malların saxlanması, daşınması və qablaşdırılması üçün şüşə qablar (2.9 milyon dollar), plastik kütlədən hazırlanmış tıxaclar, qapaq və qalpaqlar (2.5 milyon dollar), quş yumurtası, qabıqlı, inkubasiya üçün mayalanmış yumurtalar (2.7 milyon dollar), poçt markaları, dövlət rüsumu markaları, gerbli kağızlar, çek kitabçaları, aksiz markaları, banknotlar (2.3 milyon dollar), çörək-bulka və unlu qənnadı məmulatları (2.2 milyon dollar) və s. məhsullar idxal etmişik”.

Göründyü kimi, Gürcüstandan idxal etdiyimiz malların siyahısında qida və içki məhsulları üstünlük təşkil edir. İqtisadçı vurğulayıb ki, bu kontekstdən, Gürcüstan ilə əməkdaşlığın genişləndirilməsi həmin məhsulların yerli istehsalının təşkilinə imkan yarada bilər.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrin genişlənməsinə imkan yaratmaqdadır. 




Xəbərin oxunma sayı : 1183




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap