Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Həbsdəki icra başçısının vəziyyəti ağırdır - Vəkilindən açıqlama

Tarix 29.11.22, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün sonra məhkəmə qarşısına çıxarılacaq Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin saxlanıldığı müəssisədə vəziyyəti kəskin pisləşib.

Bu barədə sabiq başçının vəkili Ceyhun Yusifov deyib.

Onun sözlərinə görə, Mahir Quliyev həbs olunmamışdan 10 gün öncə kəskin infarkt keçirib: “Ürəyinə 3 ədəd stend qoyulub. Şəkərli diabet,ürək çatışmamazlığı, yüksək qan təzyiqi, yüksək aritmiya (ürək döyüntüsü), hepatit C xəstəliyindən əziyyət çəkir. Covid-in ağır formasını keçirib, suni tənəffüs aparatına (IVL) qoşulmuş halda 2 ay komada qalıb.

Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb trixastom aparatı qoyulmuşdur.

Sonradan Bakı Reabilitasiya mərkəzinə köçürülmüş, 3 ay reabilitasiya keçrilmişdir. Oradada çənə sümüyünün cərrahi əməliyyatı olunmuşdur. Onkoloji şübhə oldugu üçün biopsiya alınmışdır. Hal-hazırda vəziyyəti kafi, zəif və halsızdır. Tənginəfəslik, yüksək nəbz, təzyiq, şəkər ve aşağı saturasiyayla xəstəxana şəraitində bir sıra müalicələr alır”.

Vəkil deyir ki, bu vəziyyət davam edərsə, Mahir Quliyev həyatını itirə bilər.



Xəbərin oxunma sayı : 664




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap