Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kəlbəcər yenidən dirçələcək

Tarix 24.11.22, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusunu məhv edərək, doğma Qarabağımızı işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində Paşinyan müharibədə məğlub olduqlarını etiraf edərək hərbi kapitulyasiya aktını imzaladı. 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu bir güllə belə atılmadan, şəhid vermədən siyasi yolla işğaldan azad edildi.

Toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış
məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca sıra ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Rayon ərazisində 30 min il tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində
və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun Qaragöl Zalxa  sahillərində, Ayıçınqıllı və Pəriçınqıllı dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir
ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

KəlbəcərdəTürk qəbristanlığı adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Zar və b. kəndlərin ərazisindədir. Qəbristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər ərazisindəki daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslam dininin yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcər dünyada nadir rast gəlinən füsunkar təbiətə, müalicəvi yeraltı suların mövcud olduğu unikal bir ərazidə yerləşir.

Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Kəlbəcərin dünyada analoqu olmayan İstisuyu bir çox xəstəliklərin dərmanıdır. Sovetlər İttifaqı dövründə xarici, eləcə də müttəfiq respublikaların vətəndaşları müalicə olunmaq üçün İstisu sanatoriyalarına üz tuturdular. İşğalçı Ermənistan ordusu 1993-cü il 2 aprel tarixində Kəlbəcəri işğal etdi. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. İşğaldan əvvəl Kəlbəcərdə 88
mindən çox əhali yaşayırdı. Kəlbəcərin işğalı zamanı buranın sakinləri Azərbaycanın 50-dən çox bölgəsinə yerləşdirildi. İşğal zamanı 511 nəfər dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb. Ermənilərdən canlarını qurtarmaq istəyən uşaqlar, qocalar, qadınlar qışın şaxtasında dağlarda donaraq
dünyalarını dəyişdilər. 15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Üçtərəfli Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır. Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata
əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Kəlbəcərdə həyata keçiriləcək olan infrastruktur layihələri nəticəsində buraya həyat yenidən qayıdacaq, yenidən dirçələcəkdir.

Günel Cəfərova



Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap