Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Koronavirusun “Mu” ştammı haqqında nələr məlumdur? - DETALLAR

Tarix 09.09.21, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Yeni növ koronavirusun (COVID-19) "Mu” ştammı Latın Amerikası və Avropada geniş yayılmağa başlayıb.

"Mu” ştammı indiyədək ABŞ-ın 49 ştatında aşkar edilib. Qardaş Türkiyədə də infeksiyaya yoluxanlar arasında yeni ştamma rast gəlindiyi bildirilir. Türkiyə ilə sərhəddə yerləşən Azərbaycanda isə hələlik "Mu” varinatına yoluxma qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, "Delta” variantından daha yoluxucu olduğu iddia edilən "Mu” ilk dəfə bu ilin yanvar ayında Kolumbiyada üzə çıxıb. Virusun yeni variantına yoluxma halları dünyanın sağlamlıq mərkəzləri tərəfindən həyəcanla izlənilir.

Kolumbiyada peyda olan B.1.621 variant "Mu” kimi təqdim edilir. Koronavirusun bundan əvvəl aşkarlanan ştammlarına yunan əlifbasına müvafiq olaraq "Alfa”, "Beta”, "Qamma” və "Delta” adları verilib.

"Mu” variantı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "yaxından izlənilməsi lazım olan ştamm” kateqoriyasına əlavə edilib. Təşkilat əvvəllər "Eta”, "Yota”, "Kappa”, "Lyambda” variantlarını da bu kateqoriyaya daxil etmişdi.

ÜST koronavirusun yeni variantının peyvəndlərə müqavimət göstərmək potensialına malik olduğunu, lakin bu mövzuda daha çox araşdırma aparmaq lazım olduğunu qeyd edib. ÜST bundan əvvəl "Alfa”, "Beta”, "Qamma” və "Delta” ştammlarını "narahatlıq yaradan variantlar” olaraq təsnif etmişdi.

Onu da qeyd edək ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi "Mu” ştammını yaxından təqib etdiyini açıqlayıb.

Peyvəndlərin Kolumbiya variantına qarşı daha az təsirli olduğuna dair bəzi əlamətlər olsa da, İngiltərə Xalq Sağlamlığı Mərkəzinin açıqlamasına əsasən, bu barədə məlumatlar hələ çox məhduddur və əlavə araşdırma tələb edir.

Bundan əlavə, "Mu” variantının "Delta”dan daha yoluxucu olduğuna dair heç bir dəlil yoxdur. Hazırda dünyada geniş istifadə olunan peyvəndlər, koronavirusun köhnə ştammlarına uyğun olaraq hazırlanıb. Elm adamları və peyvənd istehsalçıları hazırlanan vaksinlərin yeni variantlara qarşı yüksək təsirli olduğunu, lakin bəzi ştammlarla mübarizədə daha az qorunma təmin etdiyini bildirirlər.

ABŞ-ın "Pfizer” şirkəti ilə birlikdə koronavirus peyvəndi hazırlayan Almaniyanın "BioNTech” biotexnologiya şirkətinin baş direktoru, türk professor Uğur Şahin hazırki peyvəndin "Delta” variantı da daxil olmaqla bütün ştammlara qarşı təsirli olduğunu və hələlik heç bir yenilənməyə ehtiyac olmadığını söyləyib.//Modern.az



Xəbərin oxunma sayı : 856




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap