Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kral Çarlzın islama baxışı – “Əl-Cəzirə”

Tarix 04.10.22, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


“Əl-Cəzirə” kanalının internet səhifəsində “Kral Çarlzın islama baxışı” başlıqlı məqalə yerləşdirilib. 

Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.

Anası kraliça II Yelizavetanın vəfatından sonra sentyabrın 10-da Böyük Britaniya və Şimali İrlandiyanın kralı kimi taxta çıxan Çarlz Filip Artur Corca maraq kəskin şəkildə artıb.

73 yaşlı Çarlz on illər boyu ictimaiyyətin diqqət mərkəzində olub. Onun vaxtilə şahzadə Diana ilə evli olması da burada xüsusi rol oynayıb.

Ancaq Çarlz tək ailə-məişət məsələlərinə görə deyil, iqlim dəyişikliyi, siyasət, din və başqa bu kimi məsələlərə baxışlarına görə də diqqət çəkib.

Şahzadə olduğu dövrdə Çarlz bir neçə dəfə islam dini haqda fikirlərini ifadə edib, bu dinə heyran olduğunu dilə gətirib.

Yazıçı Robert Cobson “Çarlz 70 yaşında: düşüncələr, arzular və ümidlər” kitabında qeyd edir ki, monarx islamın müqəddəs kitabı olan “Quran”ı öyrənir və müsəlman liderlərə məktublarını ərəbcə imzalayır.

Ətraf mühit

Çarlz on illər ərzində ekoloji məsələlərin həllinin fəal tərəfdarı olub. O, dünya liderlərini iqlim dəyişikliyi probleminin təcili və uzunmüddətli həlli yollarını axtarmağa çağırıb.

2010-cu ildə Oksford İslam Araşdırmaları Mərkəzində nitq söyləyərkən Çarlz islam və “Quran” haqda biliklərinə istinad edərək deyib ki, təbiət nemətləri hüdudsuz deyil, onların həddi-hüdudu var.

Anqlikan kilsəsinin üzvü Çarlz vurğulayıb ki, məhdudiyyətlər özbaşına peyda olmur, bunlar Allahın buyurduğu qayda-qanunlardır: “Quran”da müsəlmanlara bu qaydaları pozmamaq tapşırılır. Biz bu planetdə tək deyilik, onu Tanrının yaratdığı başqa varlıqlarla bölüşürük. Ətrafımızdakı mürəkkəb, balanslaşdırılmış həyat bağları qırılsa, biz mövcud ola bilmərik, məhv olub gedərik. İslam həmişə bunu öyrədib və bu nəsihətə məhəl qoymamaq Yaradanla əlaqəni pozmaq deməkdir”.

Danimarka karikaturaları

2006-cı ildə Misirin paytaxtı Qahirədəki Əl-Əzhər Universitetində çıxış edərkən Çarlz Danimarkada Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunmasını pisləyib və hər kəsi başqasının inancına hörmətlə yanaşmağa çağırıb.

Çarlz həmin çıxışında vurğulayıb ki, başqalarına, o cümlədən azlıqlara hörmət sivil cəmiyyətin ən mühüm əlamətidir: “Son vaxtlar Danimarka karikaturaları ilə bağlı cərəyan edən dəhşətli çəkişmələr, kin-küdurət göstərir ki, bizim başqalarını dinləyə bilməməyimiz, başqalarının dəyərli, müqəddəs saydığına hörmət etməyi bacarmamağımız nə qədər təhlükəli haldır”.

Ramazan

Bu ilin aprelində müsəlmanların müqəddəs Ramazan ayı başlananda Çarlz qeyd etmişdi ki, hər kəs Ramazanın ruhundan bəhrələnə bilər: “Ramazan duaları dünyada insanlara təkcə əliaçıqlığı deyil, həm də gözütoxluğu, şükranlığı, birliyi aşılayır.

Müsəlmanların səxavəti, səmimi qonaqpərvərlik ruhu məni heyrətləndirir və əminəm ki, bu Ramazan ayında müsəlman icması yenidən böyük xeyriyyə ianələri mənbəyi olacaq”.

İslam və Qərb

Çarlz uzun müddətdir müsəlman aləmi ilə Qərb arasında yaxınlaşmanın tərəfdarı kimi çıxış edir. O, Qərbdə islamla bağlı xeyli anlaşılmazlığın olduğu düşüncəsindədir.

1993-cü ildə Oksford İslam Araşdırmaları Mərkəzində çıxışı zamanı Çarlz deyib: “Qərbdə islamın mahiyyəti ilə bağlı böyük anlaşılmazlıq var, çünki bizim öz mədəniyyətimiz və sivilizasiyamızın islam qarşısında daşıdığı məsuliyyət haqda dərin bir cahillik hökm sürür. Məncə, bu, tarixdən bizə qalmış çox uğursuz bir mirasdır”.

Çarlz həmçinin ekstremizmlə islamı eyniləşdirməməyi tövsiyə edib və bildirib ki, əks halda gərək bütün dinlərə, o cümlədən xristianlığa ekstremizm mənbəyi kimi baxasan.



Xəbərin oxunma sayı : 472




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap