Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Müdafiə, təhsil və səhiyyə xərcləri artırıldı - Rəqəmlər

Tarix 03.12.21, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün bu məqsədlə ayrılan xərclər 173 milyon manat, təhsil xərcləri 606 milyon manat, səhiyyə xərcləri 118 milyon manat artırılıb.

Bunu Milli Məclisdəki büdcə müzakirələri zamanı komitə sədri Tahir Mirkişili söylədi. Bildirdi ki, ölkədə sosial ödənişlərin artırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamın icrası üçün layihədə 1 milyard 441 milyon manat vəsait nəzərdə tutulub. “Müzakirələr zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər bütövlükdə ölkə iqtisadiyyatının ayrı-ayrı istiqamətlərinin, qeyri-neft sektorunun sürətli inkişafı, özəl investiyaların cəlb edilməsi üçün yeni mexanizmlərin yaradılması, regionların, sahibkarlığın inkişafı imkanlarından daha çox istifadə edilməsi hesabına gələcəkdə dövlət büdcəsi gəlirlərinin artmasına yönəlmişdir”.

T.Mirkişili bildirdi ki, deputat həmkarları seçildikləri dairələrdən daxil olan seçici müraciətləri əsasında bir sıra mövcud problemlərin həlli üçün də təkliflərlərlə çıxış ediblər: “Bu cür müraciətlər müxtəlif zaman kəsiyində öz həllərini tapsa da, müşahidələrimiz göstərir ki, bu cür məsələlərin daha peşəkar formada müzakirəsi və həlli üçün yeni bir yanaşmaya ehtiyac yaranmaqdadır. Eyni zamanda qeyd olunmalıdır ki, deputatların çıxışlatl əsasında dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb”. Komitə sədri dedi ki, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 mln. 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur:

- 76,0 milyon 800 min manat sosial müdafiə və sosial təminat xərclərinin artırılması üçün, bundan sosial müdafiə xərclərinin artımı 76,0 mln. 462,0 min manat, uşaq və ailə dəstək mərkəzinin saxlanılması xərci 337,0 min manat təşkil edəcək:

-70 milyon 527 min manat Hüquq Mühafizə bölməsi üzrə hüquq-mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilir;

-15 milyon 363 min manat Rabitə və Nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemlərinin və ehtiyyatlarının formalaşdırılması, saxlamılması və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün Hökümət Buludun fəaliyyəti və nəqliyyat sahəsində tədbirlərin maliyyələşdirilməsinəyönəldilir.

- 5 milyon 369 min manat mənzil-kommunaltəsərrüfatı bölməsi üzrə Bakı şəhərində və digərrayon və şəhərlərin mənzil-kommunal təsərrüfatıvə əsaslı təmiri xərclərinin artırılmasına;

- 2 milyon 642 mn manat ümumi dövlətxidməti xərcləri bölməsi üzrə, bundan 1 milyon500 min manatı yeni rəsmilləşdirilmiş üzvlükhaqları üzrə öhdəliklərə (Yeni yaradılmış “Türk Mədəniyyəti və İrsi Fondu”na və “Türk Akademiyası”), 942,0 min manatı əmək haqqıxərclərinin artırılmasına, 200,0 min manatı qeyri-maddi aktivlərin alınmasına yönəldiləcəkdir.

- 1 milyon 750 min manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır.

- 437 min manat ətraf mühitin mühafizəsi bölməsinin artımına yönəlir, bu da Bəsitçay dövlət təbiət qoruğunun fəaliyyətinin maliyyələşdirilməsiilə əlaqəlidir.



Xəbərin oxunma sayı : 910




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap